"Qara qutu"nun Braziliyada oxunması istintaqın qərəzsizliyi üçün zəruridir Tokayev
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğramasından danışıb.
Bakupost.az xəbər verir ki, Qazaxıstan lideri bu haqda “Аna dili” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, “Embraer” tipli təyyarənin “qara qutu”sunun Braziliyaya göndərilməsi istintaqın obyektiv və qərəzsiz aparılması üçün zəruri olan yeganə düzgün qərardır.
Qeyd edək ki, təyyarənin “qara qutu”ları şifrənin açılması üçün Braziliyaya göndərilib. Belə ki, Braziliya qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır.
Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlardan 3-ü ekipaj üzvüdür. Onlara Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 03 Yanvar 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















