"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Rəqibin kimliyindən asılı olmayaraq qələbə qazanmaq üçün mübarizə apardıq. Birinci hissə gərgin keçdi. Rəqib müqavimət göstərməyi bacardı".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın məşqçisi Zaur İsmayılov Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün "Şimal"la keçirilən oyunla bağlı danışarkən deyib.
O, 1-ci liqa klubuna 6:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: "Fasilədə müəyyən tapşırıqlar verdik və ikinci hissədə nəticəsini gördük. Komanda daha çox hərəkət etdi və yaradılan imkanları dəyərləndirməyi bacardı. Oyunun gedişində çalışdıq ki, digər matçlarda meydana çıxmayan futbolçulara da şans verək. "Şimal" komandasını da yaxşı mübarizəyə görə təbrik edirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Oktyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















