Icma.az
close
up
RU
Qurban olasan anama, yaşlı bibimə, ona görə paylaşıb biabır etmirəm Qalmaqal ALOVLANDI FOTO

Qurban olasan anama, yaşlı bibimə, ona görə paylaşıb biabır etmirəm Qalmaqal ALOVLANDI FOTO

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Tanınmış bloger Aygül Quliyeva (ayaprima) ilə psixoloq Samirə Bağırova arasında sosial şəbəkələrdə yaşanan qalmaqal daha da böyüyüb. Buna birincinin yaxın qohumlarının məsələ ilə bağlı rəy bildirməsi səbəb olub.

Milli.Az bakupost.az-a istinadla xəbər verir ki, bu barərə Aygül Quliyeva (ayaprima) sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, yayımladığı videolardan birinə bibisi qızı tərəfindən tənqidi şərh yazılıb:

"Sonra soruşurlar ki, niyə mən ata tərəfi qohumlarımı sevmirəm, niyə onları danışdırmıram, dindirmirəm. Deməli, axırıncı məsələ (psixoloqla qalmaqal-red.) ilə bağlı o qədər videolar paylaşmışam, minlərlə insan həm instaqramda, həm TikTokda mənə dəstək verib, şərhlər yazıb. Çünki hər şey göz qabağındadır. Amma bir qadın girib belə bir şərh yazıb.

Və tam səmimi deyirəm, əgər mama mənə bu şərhi atmasaydı ki, "bunu yazan sənin doğma bibin qızıdır, onu oradan sil", həyatım boyu bu qadının mənim qohumum olduğunu bilməzdim. Yəni nə tələbə olanda, nə xaricdə yaşadığım vaxtlarda, nə də gəlib burada bir il işsiz qaldığım dövrdə bu insan bir dəfə də olsun məni axtarıb soruşmayıb ki, bəlkə nəyəsə ehtiyacın var, dərslərin necədir, işin necədir, sağlamlığın necədir? Bu insanın mənə nə maddi, nə mənəvi cəhətdən bir qəpik, bir qram xeyri dəyib. Amma indi yazır ki, "səni tanıyıram". Hardan tanıyırsan məni? Necə tanıyırsan? Mən səni xatırlamıram. Çöldə-bayırda görsəydim, heç bilməzdim ki, sən mənim doğma bibimin qızısan. Və səni burada paylaşıb biabır edə bilərdim. Anasan, uşaqların var, müəlliməsən, şagirdlərin var. Sadəcə olaraq onu demək istəyirəm ki, qurban olasan, qurban olasız hamınız, mənim o bəyənmədiyiniz anama! Qurban olasan o yaşlı bibimə! Ona görə səni paylaşmır və biabır etmirəm. Amma yenə deyirəm, bir də hansısa qohumumun belə bir şərh yazdığını görsəm, özünüz görəcəksiz!"

Xatırladaq ki, bir neçə gün öncə Aygül Quliyeva ilə psixoloq Samirə Bağırova arasında sosial şəbəkələrdə qalmaqal yaşanmışdı. Səbəb Quliyevanın yazıçı Elxan Elatlının "Şantaj" adlı kitabındakı bir hissəni tənqid etməsi olub. Psixoloq isə bu tənqidə sərt və təhqiramiz ifadələrlə cavab verib.

O, Elxan Elatlının "Qızıl Qələm" mükafatı sahibi olduğunu qeyd edərək Aygül Quliyeva haqqında aşağılayıcı ifadələr işlədib:

"Bilinmir hansı kökdən gəlir. Bir az da araşdırsan, ulu nənəsi erməni çıxacaq. 62 yaşında, ömrünü yazıçılığa həsr etmiş bir insanı tənqid edir. Heç bir kitabını oxumayıb. Tərbiyə görməmiş biri gəlib azad-azad danışır. Tüpürəsən belə tərbiyəyə. İzləyicilərinə də ar olsun, onun tayıdırlar. Sən kimsən ki, belə fikirlər səsləndirirsən?"

Aygül Quliyeva təhqirlərə görə Samirə Bağırovanı məhkəməyə verdiyini qeyd edib. O həm də bildirib ki, dövlət qurumlarına müraciət edəcək və Samirə Bağırovanın psixologiya üzrə təhsilinin və lisenziyasının olub-olmamasının araşdırılmasını tələb edəcək.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 İyul 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri