Icma.az
close
up
RU
Qurban Qurbanov: Bu cür mübarizə bizə qarşıdakı oyunlarda fayda verəcək

Qurban Qurbanov: Bu cür mübarizə bizə qarşıdakı oyunlarda fayda verəcək

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 2 oktyabr, AZƏRTAC

Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Şükürlər olsun, gözəl qələbə alındı. Rəqib "Kopenhagen" olsa da, futbolçularım çəkinmədi, sonadək mübarizə apardılar. Bu cür mübarizə bizə qarşıdakı oyunlarda fayda verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 2 oyundan 6 xal qazanmalarını şərh edib: "Məndə inam hər zaman olub. Ötən mövsüm Avropa Liqasında yaxşı oynamışdıq, sadəcə, 1 qələbə qazanmışdıq. Buna baxmayaraq, hər şey yaxşılığa doğru gedirdi. Meydana inamsız çıxsaq, uduza bilərik. Düzdür, reallığı da nəzərə almaq lazımdır. İlk oyundan 6 xal gözləməsəm də, komandama inanırdım".

Prezident İlham Əliyevin qələbə münasibətilə "Qarabağ"ı təbrik etməsinə münasibət bildirən mütəxəssis dövlətimizin başçısına təşəkkür etdiyini söyləyib: "Məsuliyyətimiz artır, dayanmaq olmaz. Daha da inkişaf etməliyik".

Baş məşqçi Türkiyə mətbuatının "Qarabağ"a diqqət ayırmasına da toxunub: "Uğur olan yerdə diqqət də olur. Qardaş ölkənin bizi diqqətdə saxlaması həm dayaq, həm də sevincdir. Mən də "Qalatasaray"ı "Liverpul" üzərində qələbəyə görə təbrik edirəm".

Q.Qurbanov "Qarabağ"ın özü üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Ən əsası, məşqçi kimi formalaşmağında xüsusi rolu olub. Bu ad məni nə yorulmağa, nə də ruhdan düşməyə qoydu. "Qarabağ"da futbolçularımdan hər zaman əsgərlər kimi vuruşmağı istəmişəm. Nadir hallarda uşaqlarda yorğunluq olur. Hər zaman sonadək oynayırlar. Amma uğur daimi olmur. Çünki hamı inkişaf edir, yenilik axtarır. Bəzən az transfer edirik. Çünki istəmirik ki, hansısa oyunçu gəlib kollektivi korlasın".

Mütəxəssis Elvin Cəfərquliyevin matçın oyunçusu seçilməsi barədə də danışıb: "Onun adına sevinirəm. İlk olaraq, mənim komandamda çıxış edir, ikincisi, azərbaycanlı futbolçudur. Elvin heç də rahat oyunçu deyil. Stabillik çatışmır. Amma son oyunlarda daha da ciddiləşib. Bəlkə də mən onunla ciddi məşğul oluram. Amma ona bel bağlamaq olmaz (gülür). Bəlkə də məsuliyyətli olmaq üçün ona daha bir neçə il lazımdır. Bu, Elvinin əsl potensialı deyil. Daha yaxşı futbolçu ola bilər".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu oktyabrın 22-də İspaniyada "Atletik"ə qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri