Qurban Qurbanov: “Çalışacağıq ki, “Olimpiakos”la oyunda ən yaxşısını edək”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Yaxşı nəticə ilə qayıtmaq haqqında düşünürük".
İdman.biz xəbər verir ki, bunu Yunanıstana yola düşməzdən öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "CBC Sport" telekanalına deyib.
O, Çempionlar Liqasında “Olimpiakos”la oyun öncəsi fikirləri açıqlayıb. Qurbanov bildirib ki, komandası yaxşı nəticə üçün nə lazımdırsa, edəcək: "Vaxtımız az olsa da, oyuna pis hazırlaşmamışıq. Həm Avroliqa, həm çempionatdakı iki məğlubiyyətdən sonra "Olimpiakos"la qarşılaşmaya hazırlaşmaq asan olmadı. Bu oyunun bizim üçün bir mahiyyəti olmasa da, bilirik ki, azarkeşlərimiz matçı səbirsizliklə gözləyəcəklər. Çalışacağıq ki, son oyunda var gücümüzlə ən yaxşısını edək. Çünki azarkeşlərimiz bizdən həm yaxşı oyun, həm də yaxşı nəticə gözləyirlər".
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VIII turunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu yanvarın 30-da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 29 Yanvar 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















