Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçiləri siyahısında doqquz pillə irəliləyib
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Dünyanın ən güclü məşqçilərinin noyabr reytinqi açıqlanıb. Planetin 500 ən güclü mütəxəssisi yer aldığı siyahıda Qurban Qurbanov 146-cı pilləyə yüksəlib.
Ölkə.Az xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1658 xala malikdir.
52 yaşlı mütəxəssis ötən ayın reytinqi ilə müqayisədə 9 xal qazanıb. Bu, 9 pillə irəliləyiş üçün yetərli olub.
"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 57-cidir. Hesabat dövründə 6 xal qazanan mütəxəssis 2 pillə irəliləyib.
Millimizi çalışdıran Fernandu Santuş 1624 xalla siyahıda 192-cidir. O, bir pillə geriləmə yaşayıb.
Qeyd edək ki, siyahıya "Mançester Siti"nin 2211 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.(Oxu.Az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 Noyabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















