Icma.az
close
up
RU
Qurban Qurbanov: Fasilədən sonra daha düzgün oynamağa başadıq

Qurban Qurbanov: Fasilədən sonra daha düzgün oynamağa başadıq

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Futbolçularımı təbrik edirəm. İstirahət öncəsi vacib qalibiyyət idi. Futbolçularda yorğunçuluq var idi. Çünki uzun səfərdən qayıtmışdıq. İlk hissədə daha çox hiss olundu. Oyundan məmnun deyildim. Fasilədən sonra daha yaxşı, daha düzgün oynamağa başladıq. İlk hissədə "Zirə" çox yaxşı müdafiə olundu. Futbolçular bir-birini tapmaqda çətinlik çəkirdi. İkinci hissənin əvvəlindəki qol oyunu sanki bir az asanlaşdırdı. "Zirə"yə uğurlar arzulayıram".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turunun "Zirə"(4:0) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Erkən vurulan qol nəticəyə nə dərəcədə təsir etdi?

Belə suallar çox verilir ki, ilk dəqiqədə vurulan qol sanki kömək olur nəticəyə. Hansısa oyunda kömək ola bilər. Amma futbol elə inkişaf edib ki, məşqçilər və futbolçular belə hallara hazır olurlar. İlk dəqiqədə və ya 80-cı dəqiqədə vurulan qol o demək deyil ki, qələbə artıq sənindir. O qədər olub ki, uduzmuşuq, qollar buraxmışıq. Bəlkə o dəqiqələrdə qol vurmaq rəqibə daha çox təsir edir. Get-gedə özünüz də gördüz ki, ilk hissədə təhlükəl vəziyyət yarada bilmədik. Hər vurulan qol qələbəyə bir addım da yaxınlaşmaq deməkdir.

- "Qarabağ" "Bodo-Qlimt"lə görüşdə çox çətin anlar yaşadı. Qol epizodlarını vurmaqda çətinlik çəkirdiz, amma həmin görüşdə iki qol vura bildiz...

Bizə çox ciddi yanaşırlar. Bəzən qol vurmamağımız təkcə özümüzdən asılı olmur. Rəqib də təzyiq yaradır. İstər-istəməz topla istədiyin kimi davrana bilmirsən. Futbolda o qədər olub ki, 10 qol epizodundan yararlana bilmirsən, bəzi matçda isə 1 epizoddan istifadə edərək qalib gəlirsən. Dünya təcrübəsində də belə şeylər var. Hər şey normaldır. Biz başa düşürdük ki, qol epizodlarımız varsa, oyunumuzdan əl çəkmiriksə, uğur nə vaxtsa gələcək. Şükürlər olsun ki, belə oyunda çox yaxşı qələbə oldu. Çox yaxşı da rəqiblə oynadıq. Həmin görüşdə uduza da bilərdik. Amma futbolçular döyüşdülər, sona qədər dözdülər. Sonda da yaxşı qələbə oldu.

- "Bodo-Qlimt"lə görüşə fərqli heyət buraxmışdınız və bu komandanızın xeyrinə alındı. Özünüz də deyirsiz ki, avrokuboklarda rəqiblər sizi çox yaxşı analiz edir. Növbəti oyunlarda da bu cür rotasiyalar görə bilərik? Məcburiyyətdən yox, tam istəkli şəkildə...

- Böyük və lazım olan oyunlarda heyəti dəyişməyin tərəfdarı deyiləm. Çünki bizdə nəyi hansı futbolçu ilə daha yaxşı ediriksə, onların meydanda olmasını istəyirəm. Bəzən 1-2 dəyişiklik etmək olar. Çox dəyişiklik edəndə, digər oyunçuların oyun ritmi aşağı ola bilər. Elə oyunçular var ki, onları rotasiya edəndə pis tərəfə təsiri olmur. Yaxşı tərəfə olur. Hər bir oyunçunun hazırlığı çox önəmlidir. Çünki rəqiblər 90 dəqiqə bizə təzyiq yaratmaq gücündədirlər. Bizim də meydanda 90 dəqiqə bu təzyiqə dözən futbolçularımız olmalıdır. İstəmərəm ki, dəyişiklik çox edim. Amma məcbur olsam, görsəm hansısa futbolçunun hazırlığı digərindən daha yaxşıdır, onda o addımı atarıq.

- Ən yaxın izləyiciniz "Araz-Naxçıvan"dır. Yalnız sizə uduzublar, ondan sonra heç kimə məğlub olmayıblar. Belə gedişat sizin üçün təəccüblü gəlmirki?

Elmar Baxşıyevin komandası həmişə baxımlı futbol oynayıb. "Qəbələ"də olanda da belə idi. Uduzanda belə, yaxşı idi. Bu il bir az fərqlidir. Hələ tam öz istədiyi oyunu tuta bilməyib. Amma ümumən komanda nəticəyə oynamağa bacarırsa, onun haqqıdır. Boş-boşuna belə nəticələr deyil. Son vaxtlar son dəqiqələrdə qollar vurub, qalib gəlirlər. Qarşıda çox oyunlar var. Dəyişikliklər ola bilər. Bu gün bu yerdədilərsə, onların haqqıdır. Ona da uğurlar arzulayıram. "Araz-Naxçıvan" maraqlı oyun göstərir. Rəqibdən çəkinmirlər, daim öz düşündüklərini meydanda göstərmək istəyirlər. Uğurlar arzulayıram. Sevinirəm ki, bu səviyyəyə gəlib çıxıblar.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 Noyabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri