Icma.az
close
up
RU
Qurban Qurbanov fransız hakimin “Qarabağ”ın matçına təyinatından narahat deyil

Qurban Qurbanov fransız hakimin “Qarabağ”ın matçına təyinatından narahat deyil

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab matçında "Qarabağ" "Ferentsvaroş"u qəbul edəcək.

Apasport.az xəbər verir ki, oyundan öncə təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

“Hamımız bu oyunun önəmli olduğunu bilirik. Vacib oyundur. Amma həddindən artıq soyuqqanlı olmalıyıq. Əlbəttə ki, istək öz yerində, oyun düşüncəsi, qabiliyyəti öz yerində... Soyuqqanlı davranmağımız çox vacibdir. Çox yaxşı rəqibə qarşı oynayırıq. İlk matçdakı nəticə bir az bizim üstünlüyümüzü göstərir. Amma qətiyyən o oyunu düşünməli deyilik. Buradakı oyunda məğlub olmamalıyıq. Çox təhlükəli rəqibdir, özünə xas oyun üslubu var. Hansı ki, bizim üçün meydanda düzgün yerləşməyə imkan vermirlər. Hər bir halda, rəqibin daha çox riskə gedəcəyini düşünürük. Buna hazır olmalıyıq. Oyuna baxdıq, bəzi detallarına toxunduq. Çalışacağıq ki, sabah oyundan qopmayaq, sona kimi soyuqqanlı davranaq, yaxşı nəticə üçün əlimizdən gələni edək”, - Qurban Qurbanov deyib.

Qurban Qurbanov bildirib ki, “Qarabağ”ın yaxşı nəticələri həmişə öz oyun üslubuna və qabiliyyətinə görə olub: “Bundan heç vaxt əl çəkməmişik. Nəticəni qorumaq üçün müdafiədən oynayacağıq düşüncəsi məndə də, futbolçularda da yoxdur. Sadəcə sabah meydanda bizə lazım olanı etməyə çalışacağıq. Bacardığımızı etməyə çalışacağıq. Daha çox diqqət ayırdığımız daha baxımlı oynamaqdır. Topa sahib olmağa çalışacağıq. Belə düşüncəmiz yoxdur ki, qol buraxmamaq üçün sırf müdafiəyə qapanaq. Əksinə, biz ümumiyyətlə futbolu azarkeşlər və nəticə üçün oynayırıq. Vurulan qollar çox önəmlidir. Mənim daim tələbim odur ki, qol vuraq. Həm də qapımızı toxunulmaz saxlayaq. Çox oyunları necə oynamışıqsa, sabah da belə edəcəyik. Bizi hansı problem gözləyir, bunu öncədən deyə bilmərəm. Rəqibdən hansı sürpriz gələcək, hansı basqını edəcək, ona sabah meydanda futbolçular hazır olmalıdılar. Rəqibin düşüncələrini həyata keçirməyə qoymamalıdırlar.

O vurğulayıb ki, səfərdəki oyundan sonra hamı cütün qalibi kimi “Qarabağ”ı görür, bu isə futbolçularda həyəcan yaradır: “Onlar da buna hazır olmalıdır. Onlarla danışığım daha çox bu yöndədir, buna hazır olmalıdırlar. Oyundan kənar fikirlərə önəm versək, bizə çox mane olacaq. Ən birinci yerlərdə psixoloji hazırlıq durur. Bunu bacardığımızı düşünürəm”.

Qurban Qurbanov 8 il əvvəl “Kopenhagen”lə oyunda da, elə indi də inamının olduğunu diqqətə çatdırıb.

Azarkeşlərə təşəkkür edən “Qarabağ”ın baş məşqçisi Nəriman Axundzadənin durumunun normallaşdığını qeyd edib: “Normallaşıb. Deməzdim ki, tam yaxşıdır. Amma bu günümüz də var. Sabah axşama kimi də, hər şey qaydasında olacaq”.

Qurban Qurbanov hakim (fransalı hakim-Clement Turpin-red.) təyinatına da münasibət bildirib: “Mən tərəfdən narahatlıq yoxdur. Çünki ümumiyyətlə, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi... Hansı ki, ÇL və AL-in finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın hakimlər komitəsinin ciddiyətini göstərir. Oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatlıq olmalıdır. Hakimlər indi elə səviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də nə mənim, nə də komandanın hazırlığına təsir edəcək bir məsələ yoxdur”.

O, “Ferentsvaroş”un tam fərqli kollektiv olduğunu sözlərinə əlavə edib: “Hər iki komandanın öz gücü, öz oyun fəlsəfəsi var. Bizim Çerçesovla (“Ferentsvaroş”un sabiq baş məşqçisi-red.) xoş münasibətlərimiz var. Əvvəlki oyunda qarşılaşmışdıq. Onun zamanında heyət, futbolçular, komanda başqa mentalitetdə idi. Robbi Kinin də komandanın baş məşqçisi olması komanda üçün əlavə motivasiyadır. İndi bəlkə komanda daha sürətli hücumlar edir, rəqibin qapısında daha tez olmaq istəyir. Çerçesovun vaxtında komanda fərqli sistemdə oynayırdı. Hər iki komanda bizim üçün asan deyil idi. Hansısa fikir bildirsəm ki, əvvəlki indi güclü idi, ya indiki qeyri-etik olardı. O vaxtı da qarşımızda güclü komanda var idi, indi də. Bu klubun özəyi, tarixi var. Bu klubda hansı məşqçi olsa meydandan qalib kimi ayrılmaq istəyər. Sabah qarşımıza istəkli, güclü komanda çıxacaq”.

Qurban Qurbanov Kamilo Duranın "Qarabağ"a keçidini təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Avqust 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri