Icma.az
close
up
RU
Qurban Qurbanov: Heyəti gücləndirməyə ehtiyacımız var

Qurban Qurbanov: Heyəti gücləndirməyə ehtiyacımız var

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasının 27-ci turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilməsək də, son saniyələrə kimi yaxşı mübarizə getdi. Futbolçular qol vurmaq üçün çox güc sərf etdilər. Belə hallar olur. Edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram.

- Bügünkü xal itkisi çempionluq mübarizəsinə nə dərəcədə təsir edəcək?

- Çoxdan təsiri olub. Bu matçdan əvvəl bir oyunumuz az olsa da, 10 xallıq fərq var idi. Bu, az deyil. "Sabah" çox yaxşı futbol nümayiş etdirir. Qarşıdakı oyunlarda daha pozitiv olmalıyıq. Futbolçuların idman formasını, peşəkarlığını daha da yaxşılaşdırmağa çalışacağıq.

- Dediklərinizdən belə başa düşdük ki, artıq taleyinizlə barışmısız. Amma mövsümü titulla başa vurmaq üçün ölkə kuboku var. Bundan sonra diqqəti kuboka yönəldəcəksiz?

- Yox. Çempionatda da qarşıda maraqlı oyunlarımız var. "Sabah" və "Neftçi" ilə matçlarımız olacaq. Sona kimi mübarizə aparacağıq. Titula gəlincə, belə illər olur, sanki alınmır. Sona qədər azarkeşlərimiz üçün yaxşı futbol göstərmək istəyirik. Mübarizəmiz sona kimi olacaq.

- Bir neçə gün öncə sizin iştirakınızla klub rəhbərliyinin iclası keçirildi. Həmin toplantıda gələcəklə bağlı nələr müzakirə olundu?

- Komanda elə bir şeydir ki, bizim düşüncələrimizi dərhal həyata keçirmək olmur. Hansısa dəyişiklikər etmək istəyərdik. Komandaya yeni futbolçular cəlb etmək istəyirik. Soyuqqanlı davranmalıyıq. Heyəti gücləndirməyə ehtiyacımız var. 

- Abdullah Zubirin Qətər klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu, nə dərəcədə realdır?

- Məndə belə məlumat yoxdur.

- Futbolçulara gələn təkliflərin komandanın oyununa təsiri olub?

- Təsiri olub. Artıq gecdir. Bütün futbolçular uğurlu mövsüm keçirdilər. Çempionlar Liqasındakı nəticələrdən sonra 70-80 faiz futbolçuya təkliflərr oldu. İstər-istəməz onlar üçün özlərini ələ almaq çətin olur. Olan oldu. Başa düşürük ki, təkliflərin olması futbolun qanunudur. Bizim kimi yeni formalaşan komanda üçün belə halların mənfi təsiri var. Amma hər bir halda futbolçuları toparlamağa çalışdıq.

- Legionerlərə təkliflər gəlir, amma yerli futbolçuların adı xarici klublarla hallanmır. Bunun səbəbi nədir?

- Yerlilərə də var idi.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://sportal.az
archiveBu xəbər 11 Aprel 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri