Icma.az
close
up
RU
“Transferə ehtiyacımız var” Qurban Qurbanov

“Transferə ehtiyacımız var” Qurban Qurbanov

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağ“ın baş məşqçisi Qurban Qurbanov bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşlərində keçirilən “Şelburn”la matçı (1:0) şərh edib. 

Globalinfo.az sportal.az saytına istinadən xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçdik, iki qələbə qazandıq. Bu gün tam razı qaldığım məqamlar olmadı. Ancaq futbolçulara bir o qədər də irad bildirə bilmədim. Çünki öz optimal formalarından uzaqdırlar. Sadəcə onların yanında olub, bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı xoşlamır. Bu gün də bunu gördük. İrlandiyadakı oyunda uduzsalar da, burada çox motivasiyalı, istəkli idilər. 1:0-dan sonra üzərimizə gəldilər, əl çəkmədilər. Möhtəşəm azarkeşlərimiz var idi. Onları hər zaman stadionda bu qədər görmək çox xoşdur, motivasiyadır. Sabah üç komandamız oynayacaq, hər üç komandamıza uğurlar arzulayıram. Allah qoysa, sərfəli nəticələr qazanarlar.

– Yeni oyunçuların adaptasiyası necə gedir?

– Normaldır. Məşqlərdə pis deyillər. Düzdür, texniki və fiziki tam hazır deyillər. Amma bir neçə oyun lazımdır ki, adaptasiya olsunlar. Amma vacib odur ki, kollektivə uyğunlaşsınlar, nə qədər futbolçularla dialoqda olsalar, oyuna girmək asan olur. Normaldır.

– Kadi Borges yenidən vinger kimi oynayacaq, yoxsa bugünkü kimi orta sahədə oynayacaq?

– Kadi universal futbolçudur. Hətta onun karyerasında bu mövqedə oynayıb, sonradan hücumameyilli olub. Həm rəqibə uyğun, həm bizə lazım olan anlarda istənilən mövqedə oynayır. Bu cür oyunçuların faydası çoxdur.

– Marko Yankoviçin yoxluğu hiss edilirdi? 

– Yankoviç digərləri kimi bizim vacib oyunçularımızdan biridir. Amma əfsuslar olsun ki, futbolda zədə, cəza olur. Olmayanda, digər futbolçular bu mövqedə oynamağa hazırdırlar. Hər bir futbolçunun sağlam olması həm mənim məşq prosesimi yaxşılaşdırır, həm də oyuna hazırlığımı asanlaşdırır. Allah qoysa, tez bir zamanda dönəcək, öz mövqeyində yəqin ki, oynayacaq. Kadi Borges Yankoviçin mövqeyində oynayırdı. Digərləri də orta sahədə faydalı iş gördülər.

– Əcnəbi hücumçu gələcək?

– Bu gün əlimizdə konkret xəbər yoxdur. Şablon cavab verəcəyəm. Çox istəyirik ki, bir neçə futbolçu dəvət edək. Son transfer pəncərəsinə kimi çalışacağıq ki, transfer edək. Buna ehtiyacımız var. Futbolçu sayı baxımından və keyfiyyət baxımından. Olmasa da, indiki oyunçularımızdan razıyam. Sadəcə bu gün ən azından KL-in qrupunu təmin etdik. Futbolçu sayı, özü də keyfiyyətli futbolçu sayı çox lazım olacaq ki, avrokuboklarda da tempimizi qoruyaq. Transferləri mütləq etmək istəyirik.

– “Qarabağ“da penaltilərlə bağlı sindrom qalıb. Kadi Borges fərqlənə bilmədi…

Həmçinin oxuyun:

Lamin Yamal “Barselona”nı tərk edir?

– Bəlkə də qapıçını aldatmaq istəyirdi, qapıçı onu aldatdı. Penalti o dərəcədə hansısa bir futbolçunun üzərinə gedəsi element deyil. Ən böyük oyunçular da penalti qaçırıblar. Bizim yaxşı penalti vuran oyunçularımız var. Toral Bayramov 15 penaltini bəlkə dalbadal vurub. Kadi çempionat oyununda da vurmamışdı. Amma əvvəllər vurub. Bəlkə hesab 0:0 olsaydı, vuracaqdı. Qapıçıları da nəzərə almaq lazımdır.

– Kevin Medina sarı vərəqdən sonra əvəzlədiniz. Yeni transferi yoxlayırdınız?

– Mmaeyə şans yaratmaq istəyirdik. Həm də Medinanı riskə atmaq istəmədik. Rəqibin oyun üslubu elədir ki, hücumçu hündürboyludur, istər-istəməz sarı vərəqə almaq ehtimalı çox idi. Həm də Mmaeyə şans yaratdıq.

– “Qarabağ” tam gücü ilə oynadı, yoxsa əsas gücünü növbəti oyunlara saxladı?

– Belə bir şey yoxdur ki, tam gücümüz olsun, hamısından istifadə etməyək. Sadəcə hazırlıq o səviyyədə deyil. Lazımı qədər güc sərf etdik.

– 12-ci ildir ki, ardıcıl avrokubokda müntəzəm mövsümə vəsiqə qazanır. Bu mövsüm “Qarabağ“dan nə gözləyək?

– 12 ilin olması stabillikdir. Həm çempionatda, həm avrokuboklarda biz daha artığını istəyirik. Əgər şansımız varsa, bundan istifadə edəcəyik, hazırlaşacağıq. Hər bir halda qruplarda oynamaq neçə ölkənin futbolunun burada canlı görmək deməkdir. Futbolu Azərbaycanda sevdirmək, insanları yaxşı istirahətə cəlb etmək yaxşıdır. Məğlubiyyətlər olsa da, hamı gəlir cəm şəkildə birlikdə olur, Azərbaycan, “Qarabağ” deyə qışqırırlar. Hələ nə qədər oyun olacaq. Gələcək futbolun inkişafı üçün böyük təkan və motivasiyadır. Həm də, yaxşı, gənc uşaqların futbola cəlb olunması üçün motivasiyadır. Ailələrin uşaqları futbola göndərməsi üçün yaxşı motivasiaydır. Nəticələrə qaldıqda, payızda bilmirəm nə deyə bilərik. Çalışacağıq ki, keçən mövsümkündən daha yaxşı çıxış edək. Asan deyil. Avropada futbol çox inkişaf edib. Çempionatda oyunlar belə atmosferdə olsa, yaxşı meydançada olsa, inkişafımız birə-beş artacaq. Çox azarkeş futbolun 50 faiz gözəlləşməsi və inkişafının sürətlənməsidir.

– Patrik Andrade ilə maddi məsələdə razılıq əldə olunmadı, yoxsa necə?

– Hansısa səbəb demək düzgün çıxmaz. Səbəb yoxdur. Andrade mənim düşündüyüm futbolu yaxşı icra edənlərdən biridir. Bəzən komandada hansısa yenilik lazım olur, bəzi detallarda dəyişiklik lazım olur. Andradenin oyunundan, davranışından razı deyildim demək, doğru deyil. Əksinə ən razı olduqlarımdan biri idi. Sadəcə bəzən belə qərarlar da olur.

– Ötən ay komanda Ağdama səfər etdi. Allahverdi Bağırovun məzarı ziyarət edilməmişdi. Niyə bu ziyarət olunmadı? Şəxsi olaraq ziyarət etmisiniz?

– Etməmişəm. Orada sıx qrafik tutulmuşdu. Dəqiqələr də, bölünmüşdü. Həm hazırlığın sıx anında səfərə getdik. Məqsəd kuboku ora aparmaq idi. Bir neçə şəhərdə görüşlər keçirdik. Proqramımızda məzarın üzərinə getmək ayrılmamışdı. Amma həmişə onu yad edirik, bizim qəhrəmanımızdır, ürəyimizdədir. Mənim xüsusən belə insanlara çox böyük dəyər verirəm. Bəlkə onu sala bilərdik proqrama. Bizi də düzgün başa düşün. Yəqin ki, çalışarıq onu da edək. Hər bir halda burdan ora aparmaq, yol getmək, yorğunçuluq oldu, görüşlər etdik. Hətta son görüşümüzdə Füzuliyə döndük, vaxtımız yox idi. Dörd şəhərdə olduq. Füzulidə daha geniş görüşümüz olacaqdı, sadəcə təyyarə gözləyirdi. Sabah artıq məşqimiz olacaqdı. Ona görə bizi düzgün başa düşün. Bizdən küsməyin, narazı olmayın. Nə hörmətsizlikdir, nə də başqa şey.

– Sabah klublarımız avrokuboklarda oynayacaqlar. Proqnozlarınız necədir?

– Proqnoz verməyi xoşlamıram. Sadəcə çox böyük ümidlə, inamla komandalarımıza güvənirəm. İnanıram ki, yaxşı nəticələr qazanacaqlar. Dönməsələr də, biz onların yanındayıq, uğurlar arzulayıram. Ümidim böyükdür ki, səfərdən uğurla dönəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 İyul 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see381

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see372

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see369

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see353

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see310

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see283

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see277

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see270

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see265

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see252

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see245

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see244

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see241

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see239

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see231

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see230

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see216

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see212

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see211

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri