Icma.az
close
up
RU
Qurban Qurbanov: İllərdir nə etmişiksə, Atletik lə oyunda da onu etməyə çalışacağıq

Qurban Qurbanov: İllərdir nə etmişiksə, Atletik lə oyunda da onu etməyə çalışacağıq

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ" Misli Premyer Liqasının 8-ci turunda "Azersun Arena"da "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Komandada balans yox idi. Çünki xeyli müddətdir futbolçular bir yerdə deyildi. Heyətdə rotasiyalar etmişdik. Topla tam istədiyimiz kimi davrana bilmirdik. Rəqib ilk hissədə buna imkan vermirdi. İlk yarıda top 12-15 dəqiqə oyunda oldu. Daha çox uzun toplar, mübarizə var idi. Demək olar ki, heç nə edə bilmirdik. Top 2-3 dəqiqə oyunda qalmırdı ki, meydanda düzgün yerləşək. Amma ikinci hissədə tam fərqli oyun oldu. Rəqibin gücü bir az azaldı. İlk yarıda çox enerji itirdilər. İkinci hissədə daha rahat oynamağa başladıq. Çox vacib 3 xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. "Turan Tovuz"a uğurlar arzulayıram.

- Marko Yankoviçi "Atletik"lə matçda start heyətində görə bilərik?

- Sabah məşqimiz olacaq. Qarşıda bir neçə gün vaxtımız var. Düzünü desəm, bu gün onu daha çox oynatmaq istəyirdim. Ən azından 30 dəqiqə planımda var idi. Oyun elə getdi ki, ehtiyatlandım. Mübarizə var idi, meydança sürüşkən idi. Ona görə Yankoviçi bir az gec oyuna buraxdım. Oyuna kimi lazım olan qərarı verəcəyik.

- "Atletik"i təhlil etməyə vaxtınız olub?

- Tam etməmişəm, amma maraqlanmışam. Bu gündən etibarən bütün detallara ayrı-ayrılıqda vaxt ayıracağıq. 

"Atletik"lə oyunda fərqli gedişlər görəcəyik?

- İllərdir nə etmişiksə, onu etməyə çalışacağıq. Çünki biz onu daha yaxşı edə bilirik. Amma bəzi rəqiblərə qarşı oyunun gedişində elə detallar var ki, futbolçulara tapşırıq veririk və onlar yerinə yetirirlər. İstənilən komandanın özəlliyi var. Onun qarşısını almaq üçün meydanda diqqəti olmalıyıq. Statistikaya görə "Atletik" ən dinamik futbol oynayan komandalardan biridir. Hətta birinci yerdə idilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağa və rəqibin oyun üslubunun qarşısını almağa çalışacağıq. Rəqibin buna nə qədər imkan verəcəyini matçda hiss edəcəyik.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Oktyabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri