Icma.az
close
up
RU
Qurban Qurbanov: İşimizin çox hissəsini transferlərə ayırmışıq

Qurban Qurbanov: İşimizin çox hissəsini transferlərə ayırmışıq

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" yoxlama matçında "Kəpəz"i 5:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra açıqlamalar verib:

- Mövsümün ikinci yarısına hazırlıq necə gedir?

- Çox az vaxtdır ki, yığışmışıq. İstədik ki, futbolçular özlərini rəsmi oyundakı kimi hiss etsinlər. Hər oyunçuya 45 dəqiqə meydanda olmağa şərait yaratdıq. Onlara tapşırmışdıq ki, tələsməsinlər, ehtiyatlı olsunlar. Ayın 17-si çempionat başlayır, hazrılıq üçün vaxtımız azdır. Yüksək dinamikada oyunlar keçirmək o qədər də asan deyil. Bugünkü oyun futbolçular üçün faydalı oldu. Bizim təklifimizi qəbul etdikləri üçün "Kəpəz rəhbərliyinə və Azər Bağırova təşəkkür edirəm. Ayın 12-si "Zirə" ilə keçirəcəyimiz oyun daha aktiv ola bilər. Çalışacağıq ki, qarşıdakı rəsmi matçlara qədər komandanı normal səviyyəyə gətirib çıxaraq.

- Zədəli futbolçularla bağlı durum nə yerdədir?

- Bədavi Hüseynov hələ komanda ilə məşqlərə başlamayıb. Bəhlul Mustafazadə və Marko Veşoviçə bu gün 20-25 dəqiqə oynamağa şərait yaratdıq. Abdullah Zubirin neçə gündür qızdırması var idi. Ona görə komanda ilə məşqə çıxmayıb. Digərləri yavaş-yavaş tam bərpa olunurlar. Aleksey isayev əməliyyat olunmuşdu. İlk gündən komanda ilə məşqlərə başladı. Ona da ehtiyatlı olmağı tapşırmışdıq. Ayın sonuna kimi hər şey qaydasında olacaq.

- Yassin Benzia toplanışda niyə iştirak etmir?

- Benzianın anasının durumu bir az ağırdır. Ona görə Azərbaycana dönməyib. Ona heç nə demədik. Bir dəfə xəbər göndərdi. Biz də razılaşdıq ki, anası ilə daha çox bir yerdə olsun. Nə vaxt gələcəyini deyə bilmərəm.

- Bu gün gənc oyunçulara şans verdiniz. Onlarla bağlı fikriniz necədir?

- Bir neçə futbolçu bizimlə məşqlərdə daha çox iştirak edir. Amma hələ daha çox çalışmalıdırlar, əsas komandanın oyunçuları ilə məşqlərdə iştirak etməlidirlər. Ümumən istəkli, çalışqandırlar. Məncə, daha diqqətli olmalıdırlar.

- "Qarabağ"ın "Hermanştadt"da çıxış edən Yanis Stoyka ilə maraqlandığı barədə xəbərlər var. Bu barədə nə deyə bilərsiniz?

- Bizdə belə məlumat yoxdur.

- Qışda transfer gözlənilir?

- Düzünü desəm, çox istəyirik. Demək olar ki, işimizin çox hissəsini transferlərə ayırmışıq. Amma son günlərin danışıqlarına görə alınması tam real görünmür. Yenə də vaxtımız var. Nəsə etməyə çalışacağıq.

- Qarşıdakı FKSB və "Olompiakos"la oyunlar Juninyonun transferinə təsir edəcək? Yoxsa yaxşı təklif varsa, onu buraxacaqsız?

- Təklif zətən var. Burada bəzən futbolçuları da, təklif göndərən klubu da nəzərə almaq lazımdır. Həm "Sevilya"ya, həm "Flamenqo"ya "Qarabağ"dan transfer olunmaq bizim klubun böyüməsi, kluba daha çox diqqətin ayrılması deməkdir. Təsəvvür edin ki, son bir həftədə İspaniya, Braziliya mətbuatında "Qarabağ" haqda nə qədər xəbərlər yazıldı... Braziliyalı futbolçularımızdan Riçard Almeyda ilə bu haqda danışırdıq. Digər futbolçularımızı təhlil etməyə, onlarla maraqlanmağa başlayıblar. Böyük müzakirələr gedir. Ola bilər ki, oyunçumuzu itirəcəyik. Amma ümumən klub bu transferlə böyük bir uğur əldə edəcək. Ola bilər ki, gələcəkdə futbolçular "Qarabağ"a daha rahat gəlsinlər. Çünki buradan digər klublara yaxşı transferlər olur. Həm futbol, həm siyasi tərəfdən böyük bir addımdır.

- Redon Cica Avropa Liqası oyunları üçün sifariş olunmayıb, Juninyonun da gedişi gündəmdədir. Qarşıdakı iki avrokubok matçında hücum xəttini necə quracaqsız?

- Variantlarımız var, bir addım atmalıyıq. Dəfələrlə belə hallar olub və biz çıxış yolu tapmışıq. O mövqedə oynamağı bacaran futbolçular var. 

- Sizin fikrinizcə, Juninyonun "Sevilya"ya, yoxsa "Flamenqo"ya keçməsi daha yaxşı olar?

- Əlbəttə ki, futbolçunun istəyi çox önəmlidir. Bəlkə bizim üçün "Sevilya"ya getməsi daha maraqlı olardı. Çünki Avropadır, bizə daha yaxındır, köklü klubdur. "Flamenqo"ya gəldikdə, Ronaldinyo kimi futbolçu oradan çıxıbsa, deməli bu klubunda çox yaxşı iş prinsipləri var. Əsas oyunçunun ürəyincə olsun.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Yanvar 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri