Icma.az
close
up
RU
Qurban Qurbanov küsüb? Bu addımının səbəbini açıqladı

Qurban Qurbanov küsüb? Bu addımının səbəbini açıqladı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının XXX turu çərçivəsində keçirilən “Səbail” – “Qarabağ” oyunundan (1:4) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub.

Globalinfo.az xəbər verir ki, Qurbanov oyunla bağlı fikirlərini bölüşüb, qarşıdakı “Neftçi” matçı və komandanın ümumi vəziyyəti barədə sualları cavablandırıb.

“Neftçi” ilə oyundan qabaq gərgin təqvim barədə danışan baş məşqçi son zamanlar komandanın hazırlıq proqramından narazı qaldığını bildirib: “Bu 8 günlük fasilə bizim üçün çox dəyərli olacaq. Futbolçular istirahət edəcək, eyni zamanda çatışmazlıqları aradan qaldıracağıq. Qarşıdakı matçlar üçün bu dövr çox faydalı olacaq. Çalışacağıq ki, bu müddətdən maksimum dərəcədə yararlanaq. İndiyə qədər məşq ritmimizi bərpa edə bilməmişdik.

“Qarabağ”ın baş məşqçisi 4-cü dəfədir AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etməməsi barədə məsələyə toxunub:

“Heç vaxt icazəsiz iştirak etmədiyim olmayıb. Hər dəfə bir gün əvvəl məlumat vermişəm. İclaslar çox zaman oyun və ya məşq gününə təsadüf edir. Məsələn, bu gün komandanın məşqi var idi. Dünən də bu barədə AFFA-ya məlumat vermişdim. Komandanın durumu yaxşı olsa da, işimizə ciddi yanaşırıq. Oyun günü komandanın yanında olmaq istəyirəm. Əvvəllər də demişdim – işimiz asan deyil. Çox istərdim ki, hər iclasda iştirak edim, amma üzrlü səbəblərdən bəzilərində iştirak edə bilməmişəm. Qarşılıqlı anlayışla yanaşıldığına inanıram”.

Q.Qurbanov “Səbail”lə qarşılaşmada oyunboyu hərəkət etməməsinin səbəbini izah edib: “Sadəcə öz yerimdə idim. Elə oyunlar olur ki, daha çox müdaxilə edirsən, bəzən isə sakit qalmaq daha doğrudur. Heç kimdən küsməmişəm – nə özümdən, nə də futboldan. Oyunun gedişatına uyğun davranmaq bizim işimizin bir hissəsidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2025 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri