Icma.az
close
up
RU
Qurban Qurbanov Qarabağ ın ciddi problemini etiraf etdi uğursuzluğun əsas səbəbi...

Qurban Qurbanov Qarabağ ın ciddi problemini etiraf etdi uğursuzluğun əsas səbəbi...

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“İlk növbədə "Olimpiakos"u 1/8 finala yüksəldikləri üçün təbrik edirəm. Ümumilikdə stadionda gözəl ab-hava hökm sürürdü. Futbolçularımın yaxşı mübarizə aparması mənim üçün çox vacib idi və mən meydanda bunu gördüm".

"Football-plus.az" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının əsas mərhələsinin 8-ci turunda “Olimpiakos”la səfər matçından sonra deyib. Ağdam təmsilçisi Yunanıstan klubuna 0:3 hesabı ilə uduzub. "Qarabağ" Liqa mərhələsini 3 xalla sonuncu pillədə başa vurub. "Olimpiakos" isə 1/8 finala adlayıb.
Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında bu məğlubiyyətdən danışıb:

"Təəssüf ki, səhvlər ucbatından qapımızda 3 qol gördük. Hər halda, Avropa Liqası bizim üçün başa çatdı. Bütün bu matçlar bizim üçün böyük təcrübə oldu. Keçirdiyimiz oyunlar gələcəkdə öz faydasını verəcək. Avropada futbol köklü şəkildə dəyişir. Mən həmişə futbolçularıma yaxınam. Bütün bu illər ərzində biz çoxlu belə matçlardan keçmişik. Həm uğurumuz, həm də uğursuzluğumuz olub”.


O, "1 il əvvəl "Qarabağ" Avropa Liqasının 1/4 finalının 1 addımlığında idi. Cari mövsüm isə ən çox qol buraxan komanda kimi əsas mərhələdə sonuncu yerdə qərarlaşıb. Bu mövsümlə ötən mövsüm arasında nə fərq var?" sualını belə cavablandırıb:

"Mən dəfələrlə demişəm ki, hər il uğur qazanmalıyıq deyə bir qayda yoxdu. Pis mövsümlər də olur. Bəli, çox şey əldən verdik. Bu o deməkdi ki, müdafiədə zəif oynadıq və bunu qəbul etmək lazımdı. Amma çox yaxşı komandalara qarşı matçlar keçirdik. Bəli, ötən mövsüm biz daha yaxşı nəticə əldə etmişdik. Lakin bu mövsüm qarşımıza qoyduğumuz məqsədə çata bilmədik. Bəzən rəqibin səndən üstün olur. Bu gün birinci hissədə hər şey yaxşı idi. Amma belə matçlarda təzyiqi sona qədər saxlamaq vacibdi. Bəli, problemlərimiz var və biz onları aradan qaldırmağa çalışırıq. Digər tərəfdən, bir il ərzində komandanı eyni səviyyədə saxlamaq çox çətindi. Çünki futbol komanda oyunudu. İstənilən halda, bu mövsüm bizim üçün böyük təcrübə oldu. Oyunumuzu daha yaxşı təhlil edib səhvlərimizi görməyə vaxtımız olacaq".


Bu qış "Qarabağ"ın Juninyonun "Flamenqo"ya transferindən 5 milyon avro qazandığı iddia edilir. "Qarabağ"ın baş məşqçisi əldə edilən gəlirlə klubun yeni futbolçular alıb-almayacağı haqqında da danışıb:

"Bu böyük bir mövzudu. Suala cavab vermək üçün lazım olan təfərrüatlara varsam, çox vaxt aparacaq. Juninyo komandamızda olarkən əsas mərhələdə keçirilən 6 matçdan 5-də uduzduq. Nəticələr göstərir ki, oyunumuz kifayət qədər zəifdi. Lakin bəzi matçlarda çox yaxşı görünürdük. 5 milyondan danışsaq, bu, vəziyyəti yaxşılaşdırmayacaq. Əsas məhələnin 36 iştirakçısının büdcəsini sıralasaq, biz sondan 3-cü və ya 2-ci olacağıq. Büdcəsi yüz milyonlarla hesablanan komandalara qarşı oynadıq. Onların futbol təfəkkürü nəzərə alınaraq, bir-iki milyona futbolçu almaqla işimizin düzələcəyini söyləmək düzgün olmaz. Bu və ya digər futbolçunun bizə gəlmək istəyəcəyi məlum deyil. Yenə də bunu ətraflı müzakirə etmək lazımdı. Biz heç vaxt futbolçuları 5 milyona satmamışıq. Yüksək keyfiyyətli komanda formalaşdıraraq işimizi çox gözəl idarə etmişik. İndi "Qarabağ" yüksək keyfiyyətdədi, sadəcə, bu Avropa mövsümü uğursuz oldu. Komandanın gücləndirilməsinə gəlincə, biz bütün il bu barədə düşünürdük. Təəssüf ki, bəzi çətinliklərimiz oldu. Amma hələ vaxtımız var və inanıram ki, bunun ən az 50 faizini reallaşdıra biləcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Yanvar 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri