Qurban Qurbanov: Şkendiya ilə matçda sona qədər öz xarakterimizi göstərməliyik
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ" futbolçuları "Şkendiya" ilə matçda xarakter göstərməlidirlər".
Qaynarinfo xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Sabah çox çətin oyuna çıxacağıq. İlk görüşün Şimali Makedoniyada keçirilməsi rəqib üçün üstünlükdür. Çempionlar Liqasında iki ardıcıl qələbədən sonra öz meydanlarında ruh yüksəkliyi ilə çıxış edəcəklər. İstəkli komandaya qarşı mübarizə aparacağıq. Sabahkı oyuna tam hazırıq. Bu komandaya qarşı öz xarakterimizi göstərməliyik. Bakıya sərfəli nəticə ilə dönmək istəyirik".
Qeyd edək ki, avqustun 5-də Şimali Makedoniyadakı "Todor Proeski" stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə saat 20:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 05 Avqust 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















