Qurban Qurbanov yeni biznesə başladı
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub.
“Qafqazinfo” Sport1.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb.
Kompaniya “Adidas”, “Joma”, “Jako” şirkətlərinin Azərbaycanda rəsmi distributorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş vermək olur.
Artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurban Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət “Zirə”, “Turan Tovuz” və “Şəfa”dan gedir.
Xatırlayırsınızsa, bir müddət öncə mediada Qurban Qurbanovun Bakı klubuna jest etdiyi ilə bağlı məlumat çıxmışdı. Məsələnin əsli başqadır. “Şəfa” klubu Qurban Qurbanovun şirkətindən “Jako” formaları, idman dəstələri şifariş verib. Geyimlərin çatdırılması gecikib. Bu səbəbdən də şirkət anbarda olan “Adidas” formalarını “Şəfa”ya verməli olub.
Baxış sayı:44
Bu xəbər 17 Oktyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















