Qurban Qurbanovdan 9 pilləlik sıçrayış, Kurban Berdıyev irəliləyib İdman və Biz
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Dünyanın ən güclü məşqçilərinin noyabr reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.
Cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1658 xala malikdir. O, dünyada 146-cıdır.
52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 9 xal qazanıb. Bu, 9 pillə irəliləyiş üçün yetərli olub.
“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 57-cidir. Hesabat dövründə 6 xal qazanan mütəxəssis 2 pillə irəliləyib.
Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 192-cidir. O, bir pillə geriləmə yaşayıb.
Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2211 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 11 Noyabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















