Icma.az
close
up
RU
Qurban Qurbanovdan öyrənmək Klopp və Qvardioladan öyrənməyə bərabər idi Qazaxıstan millisinin baş məşqçisi

Qurban Qurbanovdan öyrənmək Klopp və Qvardioladan öyrənməyə bərabər idi Qazaxıstan millisinin baş məşqçisi

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Bu yaxınlarda Qazaxıstan Futbol Federasiyası rusiyalı Stanislav Çerçesovun əvəzinə Əli Əliyevi milli komandanın baş məşqçisi təyin edib. 2019-cu ildə Qazaxıstanın ən yaxşı məşqçisi seçilən əslən azərbaycanlı mütəxəssis "Kızıl-Jar”ı birinci liqanın qalibi edib, uzun fasilədən sonra elitaya çıxarmağı bacarıb. Qazaxıstan millisinin yeni baş məşqçisini "Qarabağ” və Qurban Qurbanovla da sıx tellər bağlayır. UEFA-nın PRO kateqoriyasına yiyələnməzdən öncə Əli Əliyev "Qarabağ”ın düşərgəsində olub, Qurbanovun yanında təcrübə də keçib.

Sportal.az mütəxəssisin müsahibəsini diqqətinizə çatdırır:

- Əvvəlcə Qazaxıstan millisinə baş məşqçi təyinatınız münasibətilə sizi təbrik edir və uğurlar arzulayırıq. Qarşınıza qoyulan hədəflər nədir?

- Təşəkkür edirəm, çox sağ olun! Qazaxıstan millisinə baş məsqçi təyin olunmaq mənim üçün böyük şərəfdir. Əsas məqsəd komanda oyunu göstərmək, topla mübarizə apararkən aqressiv olaraq, rəqibin oyununu məhv etmək və konstruktiv hücum göstərməkdir. Birinci növbədə Allaha şükürlər olsun. Mənə olan etibara görə Qazaxıstan Futbol Federasiyasının yeni prezidenti Marat Omarova təşəkkürümü bildirirəm.

- Sizin Azərbaycan əsilli olmağınızla bağlı bir çox fikirlər var. İstərdik bu barədə özünüz danışasınız: Əslən haralısınız?

- 1944-cü ildə əcdadlarımızI Gürcüstandan Qazaxıstana deportasiya ediblər. Əslən türkəm, tərəkəməyəm. Mən də Azərbaycan xalqının bir üzvüyəm.

- Bilirik ki, 2019-cu ildə “Qarabağ”da PRO kateqoriyasına yiyələnmək üçün praktika keçmisiniz. Necə oldu ki, məhz bu klubu seçdiniz?

- Qurban Qurbanov amili, yəqin ki, məşqçilik kariyeramda “Qarabağ”ı seçməyim üçün ən önəmli məqam oldu. Klubda işlərin təşkilini görəndə və ondan danışanda bu seçimi etməyimə təsir etdi. Bir məşqçi üçün əsas məsələ getdiyi komandanın təşkilati cəhətdən necə qurulmasıdır. Buna görə də “Qarabağ”da təcrübə keçmək qərarına gəldim.

- Nəzərə alsaq ki, Qurban Qurbanovun yanında təcrübə keçmək hər məşqçiyə qismət olmur, öyrəndiyiniz ən böyük təcrübə nə oldu? Yaxud Qurbanovun hansı sözünü məşqçilik karyeranızda prioritet tutursunuz?

- Fürsətdən istifadə edərək ona salam göndərmək istərdim. Təşəkkür edirəm ki, məni nəzakətlə qarşıladı və faydalı məsləhətlər verdi. Bizlərə - gənc məşqçilərə dedi ki, hər biriniz öz fəlsəfənizi və oyun tərzinizi tapmalısınız. Onun yanında öyrənmək və inkişaf etmək bir çox yüksək səviyyəli məşqçilərin, məsələn, Yurgen Klopp və Xosep Qvardiolanın yanında öyrənməyə bərabər idi. Bir şeyi də dərk etdim ki, özün olmaq və öz tərzini inkişaf etdirmək lazımdır. Qurban Qurbanov və onun köməkçisi Elçin Rəhmanov Qazaxıstan millisinə baş məşqçi təyin olunmağım münasibətilə məni ilk təbrik edənlər arasında idi.

- Praktikada ikən - 2022-ci il fevralın 24-də Bakıda “Qarabağ”ın Fransanın “Olimpik Marsel” komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyununu izləmişdiniz. Daha sonralar Azərbaycana gəlmək və hansısa oyunu canlı izləmək imkanınız olubmu?

- Bəli, həmin oyunda Tofiq Bəhramov adına stadionu dolu idi və bayram ab-havasi hökm sürürdü. Yenidən belə bir bayrama gəlmək, bir daha Bakıda qonaq olmaq arzum var. Bəlkə də yaxın gələcəkdə mümkündür, amma mütləq Bakıya gələcəyəm.

- Millətlər Liqasında ötənilki nəticələrdən sonra Qazaxıstan C Liqasına, Azərbaycan isə D Liqasına düşdü. Bu eniş milli komandaların statusuna nə dərəcədə mənfi təsir göstərdi?

- Bunu demək mənim üçün çox çətindir. Çünki ətraflı şərh etmək üçün komandanın bir hissəsi olmalısan. Amma Azərbaycan millisi üçün bu, problemləri anlamaq və onları daha sürətli həll etmək baxımından bir siqnal olacaq. Əminliklə deyə bilərəm ki, bu, belədir. Ona görə də Azərbaycan millisinə dünya çempionatının seçmə mərhələsindəki oyunlarında uğurlar və qələbələr arzulayıram.

- Azərbaycan milli komandası ilə yoldaşlıq görüşləri keçirməyi düşünürsünüzmü?

- Azərbaycan millisi çox ciddi rəqibdir. Onlarla oynamaq həmişə xoş və məsuliyətli olur. Ona görə də istənilən səviyyədə görüşlər hər iki komanda üçün maraqlı və faydalı olacaq. Yəni, gələcəkdə yoldaşlıq görüşləri keçirilə bilər.

Teleqraf.az

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri