Qurban Qurbanovdan Rafael Fiziyevə hədiyyə FOTO
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində “Qarabağ” futbol klubunun stadionunda Azərbaycanlı idmançı Rafael Fiziyev, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və futbolçu Bəhlul Mustafazadənin bir araya gəliblər.
İdman.biz xəbər verir ki, Rafael Fiziyev klubun bazasına gəlib, Qurban Qurbanov ilə görüşüb. Baş məşqçi döyüşçünü stadionla tanış edib.
Qurbanov Azərbaycanlı döyüşçüyə “11” nömrəli klub formasını hədiyyə edib. Fiziyev isə öz növbəsində “Qarabağ” klubunun baş məşqçisinə UFC-nin rəsmi əlcəklərini təqdim edib.
Daha sonra Rafael Fiziyev və Bəhlul Mustafazadə məşhur “tirə zərbə” oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziyev Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.
Qeyd edək ki, 47.3 milyon izləyicisi olan UFC-nin rəsmi “Instagram” səhifəsində tədbirdən foto və videolar paylaşılıb.
İdman.biz
Baxış sayı:103
Bu xəbər 16 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















