Təcrübə keçmək üçün Qurban Qurbanovun yanına gəlir
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Monteneqro yüksək liqa təmsilçisi “Sutyeska” futbol klubunun baş məşqçisi Dejan Jeleniç Azərbaycana gələcək.
QOL.az Monteneqro mediasına istinadən xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis “Fudbal fest” verilişində qonaq olarkən bildirib.
Dejan Jeleniç A kateqoriyalı məşqçi lisenziyası üzrə təhsil çərçivəsində təcrübə keçəcəyini də açıqlayıb. Onun sözlərinə görə, bu təcrübənin bir hissəsi Azərbaycan çempionu “Qarabağ” klubunda olacaq:
“Peşəkar inkişaf bizim üçün vacibdir. Təcrübə üçün "Qarabağ"a gedəcəyəm. İlk əlaqəni və bütün zəruri məsələlərdə dəstəyi mənə Marko Yankoviç göstərdi. Düşünürəm ki, bu, mənim üçün faydalı olacaq və öyrəndiklərimi daha sonra "Sutyeska"da tətbiq edəcəyəm”.
Qeyd edək ki, “Qarabağ”ın futbolçusu Marko Yankoviç həm də Monteneqro millisinin üzvüdür. Dejan Jeleniçin Qurban Qurbanovun yanında təcrübə keçməsində onun böyük rolu olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 14 Yanvar 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















