Icma.az
close
up
RU
Qurban Qurbanovun kəşf etdiyi istedad Qarabağ ı çətin vəziyyətdə qoya bilər(di)

Qurban Qurbanovun kəşf etdiyi istedad Qarabağ ı çətin vəziyyətdə qoya bilər(di)

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Qarabağ"dan gedib sonra geri qayıdan çox legionerlər görmüşük - Almeyda, Reynaldo, Muarem Muarem, Emeqara, Donald Gerye, Patrik Andrade... həm də Kadi Borges. 

Qurban Qurbanov onu Portuqaliyanın ikinci liqasından gətirmişdi. Ulduzu "Qarabağ"da parladı. Oyunuyla azərbaycanlı azarkeşlərin könlünü fəth etdi. Sonra getdi. Yeni axtarışlara çıxdı, böyük qazanc arzusuna düşdü. Əslində, anlaşılan idi. Daha çoxunu istəmək İnsan təbiətinə xas xüsusiyyətdir. Amma bir məsələ də var ki, həm həyatda, həm də insanların özünə aid olduğu mərtəbələr var. Zaman göstərdi ki, Kadi üçün ən münasib mərtəbə elə "Qarabağ"dır. 

Qayıdışı pis alınmadı. "Qarabağ"da qolları sıralamağa başladı, yenə baş rollarda yer elədi özünə. Amma ondan əsas gözləntilər məhz avrokuboklar üçündür. "Qarabağ" onunla, ya da onsuz Premyer Liqada çempionluğu təmin edəcək gücdədir. 

ÇL-də "Şelburn"la oyunları pis keçirmədi. Məcburiyyətdən dayaq zonasına çəkilən Kadi üzərinə düşən tapşırıqları yerinə yetirdi. Lakin "Şkendiya" ilə səfər matçında "Qarabağ"ı az qala çətin vəziyyətdə qoyacaqdı. Birinci hissəni özünə yad mövqedə normal keçirmişdi. Həm müdafiə davranışında, həm də hücum fazasında yararlı olmağa çalışırdı. Lakin ikinci hissənin gedişində adamın ayarları pozuldu birdən-birə. Üzərində nəzarəti itirən Kadinin "gözünü qan tutdu" sanki. Ard-arda etdiyi qayda pozuntuları meydandan qovulmasını qaçılmaz edirdi. Yaxşı ki, Qurban Qurbanov onu dərhal əvəzlədi. 

Bu gün "Şkendiya" ilə keçiriləcək cavab matçında Kadi böyük ehtimalla, pleymeyker mövqeyində çıxış edəcək, daha çox yaradıcılıqla məşğul olacaq. Ustalığına söz ola bilməz. Heçdən qol var edə biləcək futbolçulardandı Kadi. Amma müasir futbolun ən önəmli tərəfi mental hazırlığı yüksək səviyyədə saxlamaq bacarığıdı. Səfər oyununda Kadi əsəblərinə məğlub olmuş durumda tərk etdi meydanı. Ümid edək ki, qarşıdakı oyunlarda bu mənada daha soyuqqanlı, daha tədbirli Kadi görəcəyik. 

Həmid

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sportal.az
archiveBu xəbər 12 Avqust 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see135

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see131

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see130

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see129

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see126

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see125

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see124

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see121

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri