Qurban Qurbanovun sabiq köməkçisi İngiltərə klubunda baş məşqçi oldu
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ" və "Neftçi"də işləmiş Ruben Selles türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərəninin "Hall Siti" klubunun baş məşqçisi təyin olunub.
Milli.Az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
41 yaşlı ispan mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illər aralığında "Neftçi"də, 2015-2017-ci illər aralığında isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.
Milli.Az

