Icma.az
close
up
RU
Qurban və Qabil Məmmədovları Azərbaycanda hansı cəza gözləyir? KONKRET

Qurban və Qabil Məmmədovları Azərbaycanda hansı cəza gözləyir? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq İlqar Allaz oğlu Hacıyevi, Qurban Cəlal oğlu Məmmədovu, Tural Əlövsət oğlu Sadıqlını və Qabil Əmrah oğlu Məmmədovu İstintaq İdarəsinə çağırıb. Bu şəxslər uzun illərdir xarici ölkələrə sığınaraq Azərbaycan dövləti və xalqı əleyhinə kampaniya aparırlar. Ona görə də, qanunamüvafiq şəkildə həmin şəxslər istintaqa dəvət olunublar və cinayət məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb. Bəs bu şəxslər Azərbaycana ekstradisiya olunsalar, onları hansı cəza gözləyə bilər?

Mövzu ilə bağlı hüquqşünas Elşad İsayev KONKRET.az-a açıqlamasında bildirib ki, Qabil Əmrah oğlu Məmmədov cinayət məcəlləsinin 24 maddəsi üzrə təqsirləndirilir. Qurban Məmmədova isə daha ağır ittihamlar irəli sürülüb.

“Qurban Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə ittiham olunur.. Bu, çox ağır maddələrdir. Əgər təsdiq olunarsa, bu zaman Qurban Məmmədov hətta ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov açıqlamasında bildirir ki, mətbuatda bununla bağlı məlumatlar dərc olunub. Bu Azərbaycan qanunvericiliyinə uyğundur.

“Həmin şəxslər başlanmış cinayət işi ilə əlaqədar istintaq orqanına dəvət edilib. Bu şəxslərə münasibətdə fərqli yanaşma yoxdur. Amma bizə məlumdur ki, bu şəxslər uzun müddətdir Avropada Azərbaycan dövlətinə, eləcə də ayrı-ayrı vəzifəli şəxslərə qarşı təhqiredici məlumatlar yayırlar. Eyni zamanda Azərbaycan Konstitusiya quruluşuna, Azərbaycanın dövlət suverenliyinə qarşı açıq təhdid dolu çağırışlar edirlər. Onlarla bağlı müvafiq cinayət işlərinin başlanması üçün addımlar atılıb. Bununla bağlı artıq məlumat verilib. Onların ittiham olunduğu cinayətlərə görə, ağır cəzalar nəzərdə tutulub. Bəzilərində uzunmüddətli azadlıqdan məhrumetmə, hətta ömürlük məhrumetmə ilə bağlı cəzalar nəzərdə tutulub. Əgər həmin şəxslər istintaq orqanına könüllü şəkildə gəlsələr və əməşdaşlıq etsələr, bu, yüngülləşdirici hal kimi nəzərə alınacaq. Məhəkəmə tərəfindən gələcəkdə daha yüngül cəzaların verilməsi mümkün ola bilər. Amma təbii ki, bunun üçün o şəxslərin törətdiyi cinayətlərə bağlı ibtidai istintaq mərhələsində ətraflı araşdırılma aparılmalıdır. Eyni zamanda məhkəmə mərhələsində onların həmin cinayətləri törədib-törətməməsi sübut olunmalıdır. Hər bir halda bu, ibtidai istintaq və məhkəmə prosesinin sonunda məlum olacaq. İndiki mərhələdə onların könüllü şəkildə istintaq orqanına gəlməsi və istintaqla əməkdaşlıq etməsi daha məqsədəuyğundur”.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Mart 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri