Icma.az
close
up
RU
Qurbanı da qurban verdik...

Qurbanı da qurban verdik...

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ay dolandı il oldu, yenə də Qurban bayramı gəldi. Mübarək olsun. Allah hər kəsin bayramını qutlu etsin, bütün arzuları, diləkləri çin, canları sağ, nəsibləri xoşbəxtlik olsun.

Bəli, Qurban bayramı gəlib çıxdı. Lakin hər Qurban bayramında axtardığım sualların cavabı bu Qurban da gəlib çıxmadı. Bayramdan söz düşmüşkən, biz bütün bayramlara, necə deyərlər, əl gəzdirmişik. Məsələn, götürək Novruzu, bu bayramın başına nə oyunlar qalmayıb açmayaq... Hərəmiz bildiyimizi əlavə etmişik bu bayrama ki, Novruz hər il bunlarla qarşılaşanda özü məəttəl qalır ki, İlahi, bunlar nədir? Vallah, Novruzun öz zənginliyi özünə bəsdir, onun yandançıxma, qondarma işlərə ehtiyacı yoxdur. Nədən söhbət açdığımı yəqin ki, bilməyən də yoxdur.

Bir az da Ramazandan danışaq. Bu bir aydır, ayın fəziləti Allah yolunda oruc tutmaq, ibadət etmək, ayın sonunda da bu on bir ayın sultanını möhtəşəm bayramla yekunlaşdırmaqdır. Biz nə edirik? Ramazanla bağlı min bir kəşf ortaya çıxarırıq. Ay oruc adam bunu etməz, onu danışmaz, o yeməyi yeməz, o sudan içməz və sair. Hələ bunlar bir yana qalsın, orucu arıqlamaq üçün vasitəyə çevirmişik ki, ta bundan danışmaq istəmirəm. Çünki uzun söhbətdir.

Budur, Qurban da gəlib yetişdi. Qurbana nələr əlavə etmişik, nələri ixtisar etmişik, bax, bunlar maraqlıdır. İllərdir ki, oxuyuram, dinləyirəm, bu bayramın əsl qayda-qanunu haqqında müfəssəl məlumat ala bilmirəm ki, bilmirəm.

Mənim üçün maraqlıdır, görəsən qurban harada, necə, kim tərəfindən, günün hansı saatında kəsilməlidir, bu bir. İkincisi, qurbanlıq olaraq hansı heyvan kəsilə bilər. Axı biz Allah-təalanın İsmayıla göndərdiyi qoçla yanaşı, dana, inək, qoyun, hünduşqa, xoruz, toyuq da kəsirik. İlahi, görəsən, əslində bunların hansı kəsilməlidir? Üçüncüsü, qurban əti kimlərə verilməlidir? Bu əti hamı pulla alıb yeməlidirmi, bu, hökmən vacibdirmi? Bəs minlərlə imkansız, həmin gün ət ala bilməyən insanlar var. Onlar bu bayram günü nə etməlidirlər? Yadımdadır, haradasa 20-25 il öncə kişilər var idi ki, Qurban bayramına saxladığı mal-heyvan arasından birini qurbanlıq üçün ad edirdi, ya da ki, Qurbana bir neçə ay qalmış bir heyvan alıb kökəldirdi ki, həmin gün öz hesabına kəsib imkansız insanlara paylasan. Görəsən indi necə?

Məni düşündürən digər məsələ. Qurban günü nişanlı qızlara aparılan qoçların bəzədilməsi. Qoç bizdə kişilik rəmzidir. Görəsən onun boynuna, hətta buynuzlarına da qırmızı lentin bağlanması, üzərinə qırmızı boyanın çəkilməsi, ayaqlarına qırmızı papışın geyindirilməsi nə qədər düzdür? Bunu bilən varmı? Yenə qoyuna bəzək vurmağın yeri ola bilər. Lakin yazıq qoç bu işgəncəyə necə dözür, çox maraqlıdır. Beləliklə, Qurbanı da qurban etmişik

Beləliklə, maraqlıdır, biz nə üçün hər il özümüzdən bir hoqqa çıxarırıq. Niyə olanlarımızı olduğu kimi qoruyub saxlamırıq? Görəsən səbəb nədir, kimlərin əlləri var bu bayramlara edilən əlavələrdə? Nə maraq güdürlər, nəyə nail olmağa çalışırlar? Kaş ki, elə bir adam çıxardı ki, meydana məni, mənim kimi yüzlərlə insanı düşündürən bu suallara bir açıqlama gətirərdi, məsələləri çözə bilərdi.

İnşallah, o adamı gözləyirik. Çıxsın meydana, bizim bu bayramlar əslində necə olmalıdır, onların hansı günündə hansı əməllər vacibdir, hansı artıqdır, danışsın, hamımız da bilək. Bir də ki, bu hoqqaları törədənləri qınasın, onlar da xahiş edirəm eşidib hoqqabazlıqdan əl çəksinlər. Heyifdir bu bayramlarımız...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 İyun 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri