Icma.az
close
up
RU
Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi Video

Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi Video

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon Təşkilatının, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib.

Axar.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Xətai rayon Təşkilatının sədri Ramil Mirzəyev, YAP Veteranlar Şurasının üzvləri, akademik Urxan Ələkbərov, Vahid Novruzov, Nazim İsmayılov, Tahir Məmmədov və Zahid Xəlil, Vətən Müharibəsi qəhrəmanı Zaur Hüseynov, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edərək bildiriblər ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş nöqtəsi olub. Qeyd edilib ki, milli qurtuluş ideologiyasının təntənəsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçilik ənənələrinin gücləndirilməsində, sosial-iqtisadi inkişafın təmin edilməsində və beynəlxalq aləmdə nüfuzunun artmasında mühüm rol oynayıb.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoyub, müasir dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə edib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını və beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin edib.

Bildirilib ki, müstəqilliyin qazanılması nə qədər mühüm idisə, onun qorunub saxlanılması və inkişaf etdirilməsi də bir o qədər vacib məsələ idi. Məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti sayəsində Azərbaycan dövlətçiliyinin möhkəm təməlləri yaradılıb. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın tarixində əlamətdar gün kimi xüsusi yer tutur və 1997-ci ildən etibarən dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunur.

Rəsmi hissədən sonra tədbir tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri vətənpərvərlik ruhlu musiqi nömrələri və rəngarəng konsert proqramı ilə davam edib.

Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 İyun 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri