Icma.az
close
up
RU
Qurtuluş, yoxsa məhv? Dibsiz və üfüqsüz qaranlığın rəqsi

Qurtuluş, yoxsa məhv? Dibsiz və üfüqsüz qaranlığın rəqsi

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün məşhur island müğənni və aktrisa Byorkun doğum günüdür.

Kulis.az Rəvan Cavidin aktrisanın baş rolda oynadığı "Qaranlıqda rəqs" filmi haqqında yazısını təqdim edir.

Amerika prezidentinin miqrantların ölkədən çıxarılması qərarı dünyada bu günə qədər baş vermiş ən böyük antimiqrant aksiyası sayıla bilər. Bu xəbəri eşidəndə Amerika və onun "çəhrayi yuxuları" haqqında oxuduğum kitablar, izlədiyim filmlər yadıma düşdü. Yeni dünyanın mərkəzi, mədəniyyətlərin və ideologiyaların kəsişdiyi ölkə, keçən əsrin "xəyallar aləmi". Dünyanın demokratiya carçısı, liberal bayraqların dalğalandığı möcüzəvi qitə... Bunlar, əlbəttə, bizə göstərilənlərdir. Həqiqət isə odur ki, Amerika mədəniyyətlərin, altmədəniyyətin, ideologiyaların nəhəng zibilliyidir. Orada yaşamağın nə qədər çətin olduğunu bir vaxtlar Amerikaya, sözün bütün mənalarında, uça-uça getmişlərdən öyrəndim. Sosial vəziyyət və ya iqtisadi çətinlik deyil qəsd etdikləri. Bayağılıq, radikallıq, fərqli görünmək üçün bütün dəyərlərin tapdalanması və sair. Niyəsə mənə həmişə elə gəlib ki, bir kəs əgər haradansa baş götürüb harasa qaçmaq istəyərsə, bu ya Avropa ölkələrindən, ya da Uzaq Şərq ölkələrindən biri olmalıdır. Mədəniyyət və xarakter olaraq bu iki coğrafiya bir-birini həmişə tanıyıb. Amerika isə plastik, "fəstfud" mədəniyyətin ocağıdır. Tənqidçilər deyirlər ki, dünyanın mərkəzi artıq Paris deyil, Nyu-Yorkdur. Bəlkə də belədir, amma mən bununla razılaşa bilmirəm. Keçək əsas mövzumuza.

Yuxarıdakılar haqqında düşünəndə Lars von Trierin "Qaranlıqda rəqs" filmini xatırladım. Təkrar izlədim. Və film dünyasının bu dəcəl adamının kameraya necə möhtəşəm istedadla hökmranlıq etdiyinin yenidən fərqinə vardım. Trier həyatın gerçəkliklərini bəzəmədən, ümid vermədən yaş əski kimi izləyicinin üzünə çırpır. Təxminən, belə: "Dünya duracaq yer deyil, ey can, səfər eylə!" Filmin tən yarısında haradasa bir işıq görünür, elə bilirsən, hər şey yaxşı olacaq, amma rejissor bütün inadı ilə sənə öyrədir ki, yox, bu, həyatdır və bunu da görməlisiniz. Trier filmin həyata alternativ həqiqətlər vəd edəcəyinə inanmır. Və bu inanmazlığını sinefillərə - kino vurğunlarına da diktə edir. Gələk filmə.

Lars von Trierin "Qaranlıqda rəqs" ("Dancer in the Dark", 2000) filmi insanın həyatını və dünyadakı mövcudluğunu həm ağrılı, həm də poetik bir şəkildə göstərən ekran işidir. Film Trierin unikal rejissor üslubunu yansıdır və musiqi ilə dramdan sənət əsərinin necə yoğrulduğunu göstərir. Musiqilər və teatr səhnəsi kimi qurulmuş xəyalat hissələr obrazın psixoloji aləmi ilə real dünya arasındakı körpünü inşa edir. Bu musiqili tamaşalar heç vaxt axıra qədər oynanılmır. Baş qəhrəman Selma Yezekin (Byörk) musiqiyə və teatra olan marağı onu həmişə xəyallar aləmində gəzdirir. Hansı situasiyada olmağından asılı olmayaraq Selma həmişə rəqs etməyi arzulayır. Gözləri görmür. Oğlu da eyni xəstəlikdən əziyyət çəkir. Amma o, əməliyyatla sağala bilər. Selma fabrikada ağır şərtlər altında işləyərək oğlunun əməliyyatı üçün pul yığır. Lakin hər şey onun istədiyi kimi davam etmir. Trier fabrik və məhkəmə səhnələrində Amerikanın əsl üzünü açır. Selma köhnə Çexoslovakiyadan qaçmış miqrantdır. O, Amerikaya fərqli arzularla gəlsə də, buranın gəldiyi yerlərdən daha pis olduğunun fərqinə varır. Bu fərqindəliyi film boyu ondan yox, digər obrazlardan eşidirik. Selma işçidir. Selma kordur. Selma qadındır. "1929 Böhranı"ndan sonra Amerika və Avropanın dünya iqtisadiyyatına sırıdığı industriya və bənzər anlayışları dəstəkləyən nə varsa, Selmanın prototipində cəmlənib. Qadın haqları, işçilərin sağlamlığı və təhlükəsizliyi, iş yerində insan qaynaqları və sair. Amma reallıq budur ki, Selma kapitalizmin iti dişli çarxları və canavar xislətli insanları arasında məhv olur.

Lars von Trier "Qaranlıqda rəqs"də ənənəvi janrın sərhədlərini aşaraq onu dramatik və emosional bir aləmə çevirib. Björk filmdəki baş rolunda yalnız öz rolunu deyil, həm də fondakı melodiyalar ilə Selmanın emosional vəziyyətini çox güclü bir şəkildə ifadə edir. Musiqi çox sadə və təkrarlanan olsa da, hər melodiyanın arxasında böyük bir hiss yükü var. Bu sadəlik Selmanın içindəki dünyanı yansıdır, hətta bir çox hallarda onun içində yaşadığı acıları təzələyir. Trier filmi həm də hər hansı bir müasir dram kimi çox mürəkkəb şəkildə qurur. Filmin qaranlıq və qorxulu atmosferi, təsadüfi kadrları və sarsıdıcı gerçəkliyi ilə izləyicini yalnız Selmanın dünyasına daxil etməklə kifayətlənmir, həm də insan təbiətinin ən ağır tərəflərini ifşa edir.

Trier filmdə təkcə industriyanı, fabrikləri, siyasəti, toplumu insana düşmən göstərmir. O həm də məşhur "insan insanın canavarıdır" hökmünə də sadiq qalır və ssenariyə "İuda gülüşü"nü əlavə edir. Selmanın kirayə qaldığı evin sahibi onunla yaxşı rəftar etsə də, dostlaşsa da, sonda uşağının əməliyyatı üçün yığdığı pulu oğurlayır, Selmaya şər-böhtan atır və içindəki şeytanı üzə çıxarır. Sonra isə Selmanın əli ilə özünü öldürür. Beləcə bütün ümidlər solur. Hər şey sona çatır. Edam hökmü. Amma bir xilas var. Uşağın həkimi ilə danışıb hər şeyi çözmək olar. Trier bu nikbin gedişin də önünə bir lağım atır. Uşaq anasının başına gələnləri bilsə, stresdən həmişəlik kor qalma ehtimalı var, yəni əməliyyat da ona kömək edə bilməyəcək. Və Selma qərarını verir.

Son dəfə məhkəmədəkilərlə bərabər, öz xəyalında, öz dünyasında rəqs edir, mahnı oxuyur. Edam ipindən sallananda da nəğməsini oxuyur, amma yenə də sona qədər eşitmirik o nəğməni. O rəqsi sona qədər izləyə bilmirik. Trier bu mənada çox qəddardır. İnsan heçmi yaxşı şeylərə ümid etməz?

Bilmirəm bu sitatın yeri buradırmı, amma filmin özündən də məşhur olan və filmi bütünlüklə izah edən həmin replikanı bura yazmaq istəyirəm:

"- Niyə gözlərin bağlı yeriyirsən?

- Bütün yolları əzbərləmişəm...

- Amma yıxıla bilərsən...

- Bütün yıxılmaqları da əzbərləmişəm".

Byörk bu filmdəki oyununa görə Kann Film Festivalının "Ən yaxşı aktrisa" mükafatını qazanıb. Trier isə festivalın xüsusi mükafatını. Operator işi o qədər mükəmməldir ki, filmdəki hər tərpənişdə, hər səliqəsiz keçiddə izləyici gərginliyi, təlatümü hiss edə bilir.

Bu ağır, qaranlıq və kədərli bir filmi xatırlaya-xatırlaya mən sabah-birigün Amerikadan deportasiya ediləcək yüz mindən artıq insanı düşünürəm. Onlar üçün bu qərar xilas yoludur, bəlkə də, bilmirəm. İndi dərk etdiyim tək şey var: İnsan həyatı yaşamağa məhkumdur.

Parisdə şahzadə Diananın mum heykəli nümayiş etdirilir Məhkəmə qərarını verdi: Bu məşhurları nə gözləyir? Ortaq türk tarixi haqqında kitab çap olunacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Noyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri