Icma.az
close
up
RU
525 ci qəzet Dibsiz və üfüqsüz qaranlığın rəqsi Rə­van Cavid yazır

525 ci qəzet Dibsiz və üfüqsüz qaranlığın rəqsi Rə­van Cavid yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Rəvan CAVİD

Amerikanın yeni seçilmiş prezidentinin miqrantların ölkədən çıxarılması qərarı dünyada bu günə qədər baş vermiş ən böyük antimiqrant aksiyası sayıla bilər. Bu xəbəri eşidəndə Amerika və onun "çəhrayi yuxuları" haqqında oxuduğum kitablar, izlədiyim filmlər yadıma düşdü. Yeni dünyanın mərkəzi, mədəniyyətlərin və ideologiyaların kəsişdiyi ölkə, keçən əsrin "xəyallar aləmi". Dünyanın demokratiya carçısı, liberal bayraqların dalğalandığı möcüzəvi qitə... Bunlar, əlbəttə, bizə göstərilənlərdir. Həqiqət isə odur ki, Amerika mədəniyyətlərin, altmədəniyyətin, ideologiyaların nəhəng zibilliyidir. Orada yaşamağın nə qədər çətin olduğunu bir vaxtlar Amerikaya, sözün bütün mənalarında, uça-uça getmişlərdən öyrəndim. Sosial vəziyyət və ya iqtisadi çətinlik deyil qəsd etdikləri. Bayağılıq, radikallıq, fərqli görünmək üçün bütün dəyərlərin tapdalanması və sair. Niyəsə mənə həmişə elə gəlib ki, bir kəs əgər haradansa baş götürüb harasa qaçmaq istəyərsə, bu ya Avropa ölkələrindən, ya da Uzaq Şərq ölkələrindən biri olmalıdır. Mədəniyyət və xarakter olaraq bu iki coğrafiya bir-birini həmişə tanıyıb. Amerika isə plastik, "fəstfud" mədəniyyətin ocağıdır. Tənqidçilər deyirlər ki, dünyanın mərkəzi artıq Paris deyil, Nyu-Yorkdur. Bəlkə də belədir, amma mən bununla razılaşa bilmirəm. Keçək əsas mövzumuza.

Yuxarıdakılar haqqında düşünəndə Lars von Trierin "Qaranlıqda rəqs" filmini xatırladım. Təkrar izlədim. Və film dünyasının bu dəcəl adamının kameraya necə möhtəşəm istedadla hökmranlıq etdiyinin yenidən fərqinə vardım. Trier həyatın gerçəkliklərini bəzəmədən, ümid vermədən yaş əski kimi izləyicinin üzünə çırpır. Təxminən, belə: "Dünya duracaq yer deyil, ey can, səfər eylə!" Filmin tən yarısında haradasa bir işıq görünür, elə bilirsən, hər şey yaxşı olacaq, amma rejissor bütün inadı ilə sənə öyrədir ki, yox, bu, həyatdır və bunu da görməlisiniz. Trier filmin həyata alternativ həqiqətlər vəd edəcəyinə inanmır. Və bu inanmazlığını sinefillərə - kino vurğunlarına da diktə edir. Gələk filmə.

Lars von Trierin "Qaranlıqda rəqs" ("Dancer in the Dark", 2000) filmi insanın həyatını və dünyadakı mövcudluğunu həm ağrılı, həm də poetik bir şəkildə göstərən ekran işidir. Film Trierin unikal rejissor üslubunu yansıdır və musiqi ilə dramdan sənət əsərinin necə yoğrulduğunu göstərir. Musiqilər və teatr səhnəsi kimi qurulmuş xəyalat hissələr obrazın psixoloji aləmi ilə real dünya arasındakı körpünü inşa edir. Bu musiqili tamaşalar heç vaxt axıra qədər oynanılmır. Baş qəhrəman Selma Yezekin (Byörk) musiqiyə və teatra olan marağı onu həmişə xəyallar aləmində gəzdirir. Hansı situasiyada olmağından asılı olmayaraq Selma həmişə rəqs etməyi arzulayır. Gözləri görmür. Oğlu da eyni xəstəlikdən əziyyət çəkir. Amma o, əməliyyatla sağala bilər. Selma fabrikada ağır şərtlər altında işləyərək oğlunun əməliyyatı üçün pul yığır. Lakin hər şey onun istədiyi kimi davam etmir. Trier fabrik və məhkəmə səhnələrində Amerikanın əsl üzünü açır. Selma köhnə Çexoslovakiyadan qaçmış miqrantdır. O, Amerikaya fərqli arzularla gəlsə də, buranın gəldiyi yerlərdən daha pis olduğunun fərqinə varır. Bu fərqindəliyi film boyu ondan yox, digər obrazlardan eşidirik. Selma işçidir. Selma kordur. Selma qadındır. "1929 Böhranı"ndan sonra Amerika və Avropanın dünya iqtisadiyyatına sırıdığı industriya və bənzər anlayışları dəstəkləyən nə varsa, Selmanın prototipində cəmlənib. Qadın haqları, işçilərin sağlamlığı və təhlükəsizliyi, iş yerində insan qaynaqları və sair. Amma reallıq budur ki, Selma kapitalizmin iti dişli çarxları və canavar xislətli insanları arasında məhv olur.

Lars von Trier "Qaranlıqda rəqs"də ənənəvi janrın sərhədlərini aşaraq onu dramatik və emosional bir aləmə çevirib. Björk filmdəki baş rolunda yalnız öz rolunu deyil, həm də fondakı melodiyalar ilə Selmanın emosional vəziyyətini çox güclü bir şəkildə ifadə edir. Musiqi çox sadə və təkrarlanan olsa da, hər melodiyanın arxasında böyük bir hiss yükü var. Bu sadəlik Selmanın içindəki dünyanı yansıdır, hətta bir çox hallarda onun içində yaşadığı acıları təzələyir. Trier filmi həm də hər hansı bir müasir dram kimi çox mürəkkəb şəkildə qurur. Filmin qaranlıq və qorxulu atmosferi, təsadüfi kadrları və sarsıdıcı gerçəkliyi ilə izləyicini yalnız Selmanın dünyasına daxil etməklə kifayətlənmir, həm də insan təbiətinin ən ağır tərəflərini ifşa edir.

Trier filmdə təkcə industriyanı, fabrikləri, siyasəti, toplumu insana düşmən göstərmir. O həm də məşhur "insan insanın canavarıdır" hökmünə də sadiq qalır və ssenariyə "İuda gülüşü"nü əlavə edir. Selmanın kirayə qaldığı evin sahibi onunla yaxşı rəftar etsə də, dostlaşsa da, sonda uşağının əməliyyatı üçün yığdığı pulu oğurlayır, Selmaya şər-böhtan atır və içindəki şeytanı üzə çıxarır. Sonra isə Selmanın əli ilə özünü öldürür. Beləcə bütün ümidlər solur. Hər şey sona çatır. Edam hökmü. Amma bir xilas var. Uşağın həkimi ilə danışıb hər şeyi çözmək olar. Trier bu nikbin gedişin də önünə bir lağım atır. Uşaq anasının başına gələnləri bilsə, stresdən həmişəlik kor qalma ehtimalı var, yəni əməliyyat da ona kömək edə bilməyəcək. Və Selma qərarını verir.

Son dəfə məhkəmədəkilərlə bərabər, öz xəyalında, öz dünyasında rəqs edir, mahnı oxuyur. Edam ipindən sallananda da nəğməsini oxuyur, amma yenə də sona qədər eşitmirik o nəğməni. O rəqsi sona qədər izləyə bilmirik. Trier bu mənada çox qəddardır. İnsan heçmi yaxşı şeylərə ümid etməz?

Bilmirəm bu sitatın yeri buradırmı, amma filmin özündən də məşhur olan və filmi bütünlüklə izah edən həmin replikanı bura yazmaq istəyirəm:

"- Niyə gözlərin bağlı yeriyirsən?

- Bütün yolları əzbərləmişəm...

- Amma yıxıla bilərsən...

- Bütün yıxılmaqları da əzbərləmişəm".

Byörk bu filmdəki oyununa görə Kann Film Festivalının "Ən yaxşı aktrisa" mükafatını qazanıb. Trier isə festivalın xüsusi mükafatını. Operator işi o qədər mükəmməldir ki, filmdəki hər tərpənişdə, hər səliqəsiz keçiddə izləyici gərginliyi, təlatümü hiss edə bilir.

Bu ağır, qaranlıq və kədərli bir filmi xatırlaya-xatırlaya mən sabah-birigün Amerikadan deportasiya ediləcək yüz mindən artıq insanı düşünürəm. Onlar üçün bu qərar xilas yoludur, bəlkə də, bilmirəm. İndi dərk etdiyim tək şey var: İnsan həyatı yaşamağa məhkumdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri