Icma.az
close
up
RU
Qusar 9 günlük şahmat bayramına ev sahibliyi edir FOTO

Qusar 9 günlük şahmat bayramına ev sahibliyi edir FOTO

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son zamanlarda Qusar rayonunda keçirilən genişmiqyaslı idman tədbirləri gənclərin bu sahəyə marağının artmasına və rayonun idman infrastrukturunun təbliğinə mühüm töhfə verir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, avqustun 3-də Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Olimpiya İdman Kompleksinin həyətində sərgiyə baxış keçirilib.
 

Sərgidə Qusar rayonunun tanınmış idmançıları və görkəmli şəxsiyyətləri haqqında məlumat lövhələri, idmançıların qazandığı diplom və mükafatlar, əl işləri, toxuculuq nümunələri sərgilənib. Eyni zamanda, milli rəqs və musiqi nümunələri təqdim edilib, eləcə də “Kavkaz” Robototexnika Məktəbinin yetirmələrinin hazırladığı mini robotlar nümayiş olunub. Həmçinin Şahdağ Turizm Mərkəzinin təqdimat guşəsində Qusarın turizm potensialı ilə bağlı tanıtım materialları nümayiş etdirilib.


Tədbir Qusar Olimpiya İdman Kompleksinin zalında davam etdirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov qonaqları və yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. İcra başçısı bildirib ki, qarşıdakı 9 gün ərzində Qusarda həqiqi idman bayramı yaşanacaq. Rayon rəhbəri yarışın Qusarda təşkil olunmasına görə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova və birinci vitse-prezidenti Faiq Həsənova təşəkkürünü bildirib.
Sahir Məmmədxanov vurğulayıb ki, ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda ölkəmizin bayrağını ucaldır, Dövlət Himnimizi səsləndirirlər. İcra başçısı qeyd edib ki, belə yarışların rayonlarda keçirilməsi bölgələrdə idman ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir.
 

Daha sonra çıxış edən Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov qeyd edib ki, dünya şöhrətli şahmatçılar da məhz belə kütləvi yarışlardan başlayaraq təcrübə toplayır və böyük ustadlar kimi yetişirlər. O, əminliklə bildirib ki, Qusarda keçirilən bu olimpiada gənc şahmatçıların yaddaşında unudulmaz iz qoyacaq.


“Azərbaycan əsl şahmat ölkəsidir. Bugünkü açılış mərasiminin yüksək təşkilatçılıq səviyyəsi onu göstərir ki, yarışların özü də eyni səviyyədə və gərgin mübarizə şəraitində keçəcək” - deyə Faiq Həsənov əlavə edib.
O, tədbirin yüksək səviyyədə təşkilinə görə Qusar Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirib və iştirakçılara uğurlar arzu edib.
Yarışların baş hakimi Azər İbrahimov olimpiadanın gedişatı ilə bağlı məlumat verib. Qeyd edilib ki, 3-11 avqust tarixlərində keçiriləcək olimpiada A və B qrupları üzrə 11 turdan ibarət olacaq. A qrupunda 2010-2015-ci il təvəllüdlü, yəni 11-16 yaşlı şahmatçılar, B qrupunda isə 2016-cı il təvəllüdlü və daha kiçik, yəni 10 yaş və daha kiçik yaşlı şahmatçılar qüvvələrini sınayacaqlar. Rəsmi hissədən sonra olimpiadanın birinci gününün ilk turuna start verilib.
Respublikanın müxtəlif bölgələrindən gəlmiş yüzlərlə gənc şahmatçı ağ və qara xanalar üzərində mübarizəyə başlayıblar.













Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Avqust 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri