Qusarda məhv edilən radikal təriqətçinin FOTOSU
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Qusarda poilisə silahlı müqavimət göstərən şəxs məhv edilib.
Lent.az məhv edilən şəxsin fotosunu əldə edib.
Həmin fotonu təqdim edirik:
Qeyd edək ki, törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətovu polis əməkdaşları zərərsizləşdirib.
Lent.az-ın əldə etdiyi məlumata görə, radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış.
Alnında İŞİD bayrağı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. Sakinlərin şikayəti əsasında əməliyyat keçirən polisə qarşı Şıxmətov silahla müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb.
Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Dekabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















