Qusarın Atlixan kənd sakinləri onları narahat edən məsələləri rayon rəhbərinə ÇATDIRDILAR
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Qusarda rayon rəhbərliyinin növbəti səyyar qəbulu bu gün Atlixan kəndində olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəbuldan öncə rayonun icra başçısı Qarabağ şəhidi Babək Mirzəbəyovun kənd qəbristanlığındakı məzarını ziyarət edib.
Daha sonra Qusar icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov və icra aparatının məsul şəxsləri, idarə və müəssisə rəhbərləri ilə sakinləri dinləyib.
Atlixan kənd sakinləri onları narahat edən kənddaxili yolların təmiri, əkin sahələrinə gedən ara yolların açılması, suvarma suyunun çatışmazlığı, elektrik enerjisinin verilişində problemlər və kənddə tibb məntəqəsinin olmaması kimi məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar.
İcra başçısı səslənən problemlərlə bağlı aidiyyəti qurumların rəsmilərinə yerindəcə tapşırıq verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 Yanvar 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















