Quşçuluq sektorunda istehsal və ixrac imkanları genişlənir
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanda quşçuluq sektoru ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin keyfiyyətli məhsullarla təmin edilməsi və qeyri-neft ixracının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Hazırda ölkəmizdən dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsullar, o cümlədən quşçuluq məhsulları ixrac edilir.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkədə süfrə yumurtasına olan daxili tələbat tam təmin edilir və ixrac üçün kifayət qədər istehsal potensialı mövcuddur.
Azərbaycan 2024-cü ildə yüksək patogen quş qripindən azad ölkə statusu əldə edib və bu status mütəmadi epizootoloji monitorinqlər nəticəsində qorunub saxlanılır.
AQTA rəsmisi qeyd edib ki, hazırda Azərbaycanda istehsal olunan süfrə yumurtası ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac edilir.
Bununla yanaşı, Çin Xalq Respublikasına ixrac ilə bağlı müvafiq razılıq əldə olunub və hazırda texniki hazırlıq işləri görülür.
Dövlət tərəfindən göstərilən dəstək nəticəsində ölkədə quş əti və yumurta istehsalı davamlı şəkildə artır, daxili bazarın tələbatı etibarlı şəkildə ödənilir və quşçuluq sektorunun ixrac potensialı daha da genişlənir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 04 Avqust 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















