Icma.az
close
up
RU
“Quska”ya daha 9 il həbs cəzası verildi: keçmiş deputat üçüncü dəfə məhkum edildi

“Quska”ya daha 9 il həbs cəzası verildi: keçmiş deputat üçüncü dəfə məhkum edildi

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevə yenidən hökm oxunub. 2018-ci ilin aprelindən həbsdə olan sabiq deputat bu dəfə 9 il azadlıqdan məhrum edilib.

Bizimyol.info xəbər verir ki, fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə keçirilən məhkəmə prosesində Hüseyn Abdullayev özü iştirak etməyib. O, saxlandığı istintaq təcridxanasından online qaydada qoşulub.

Məhkəmədə Hüseyn Abdullayevin vəkilləri onun təqsirsiz olduğunu bildirib, bəraət verilməsini istəyiblər.

Hüseyn Abdullayev də son sözündə bəraət verilməsini xahiş edib.

Daha sonra hökm oxunub. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə təqsirli bilinib.

İttihama əsasən, keçmiş deputat 5.5 milyon dollar pulu xarici banklara köçürmək yolu ilə leqallaşdırmaqda təqsirli bilinib.

Hüseyn Abdullayev ilk dəfə deputat olduğu vaxt - 2007-ci ildə parlamentdə Fəzail Ağamalı ilə davaya görə xuliqanlıq ittihamı ilə həbs olunmuşdu. Bir müddət sonra şərti cəza ilə azadlığa buraxıldı.

Azadlığa çıxandan sonra isə Almaniyaya gedərək, orada yaşayırdı.

O, 2018-ci il aprelin 18-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib və vergidən yayınma, dələduzluq və s. ittihamlarla 6 il azadlıqdan məhrum edilib.

Ötən ilin martında bu cəzanın başa çatmasına az qalmış onun haqqında yenidən Cinayət Məcəlləsinin 193-1.3.2

maddəsilə ittiham verilib.

58 yaşlı H.Abdullayev özünü təqsirli bilmir. O, səhhətindəki problemləri, özünün və anasının durumunu nəzərə alaraq, azadlığa buraxılması üçün bir müddət əvvəl Prezident İlham Əliyevə müraciət etmişdi.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Fevral 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri