Quterreş: ABŞ nin İranın nüvə obyektlərinə hücumu sarsılan bir regionda təhlükəli dönüşdür
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin İranın nüvə obyektlərinə hücumu artıq sarsılan bir regionda təhlükəli dönüş yaradır.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib.
"İki gün əvvəl, məhz bu zalda, mən birbaşa müraciət edərək sülhə şans verilməsini istədim. Bu çağırış nəzərə alınmadı. Əvəzində, ABŞ-nin İranın nüvə obyektlərini bombalaması artıq sarsılan bir regionda təhlükəli dönüş yaradır", - Quterreş deyib.
O, Yaxın Şərqdə hər hansı hərbi eskalasiyanı dəfələrlə pislədiyini nəzərə çatdırıb.
“Regionun insanları daha bir dağıdıcı dövrə tab gətirə bilməz. İndi biz hər cavab tədbirindən sonrakı növbəti cavab tədbiri ilə dərin quyuya yuvarlanmaq təhlükəsi ilə üzləşirik", - BMT Baş katibi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 İyun 2025 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















