Icma.az
close
up
RU
Quterreş xaotik iqlimin dəyişikliyinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır

Quterreş xaotik iqlimin dəyişikliyinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres xəbərdarlıq edib ki, xaotik iqlimin dəyişikliyinin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Quterreş bir heçə gün sonra Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransından (COP29) əvvəl “The Guardian” qəzetinə müsahibə verib.

Qlobal temperaturların artması ilə bəşəriyyətin Amazon tropik meşələrinin və Qrenlandiya buzlaqlarının yoxa çıxması kimi potensial olaraq geri dönməz nöqtələrə yaxınlaşdığını vurğulayan Quterreş, xaotik iqlimin dəyişikliyinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini, hökumətlərin temperatur artımını məhdudlaşdırmaq üçün istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaltmalı olduğunu bildirib.

Quterreş 21-ci əsrin bir-biri ilə əlaqəli ekoloji böhranları ilə bağlı daha çox koordinasiyaya çağıraraq, meşələri və digər təbii karbon ehtiyatlarını qorumaq üçün biomüxtəlifliyin itməsi ilə bağlı tədbirlər görmədən qlobal istiləşməyə qarşı hərəkət etməyin mümkün olmadığını deyib.

Quterreş bildirib ki, dünya hələ də iqlim risklərini lazımi səviyyədə qiymətləndirmir və biz iqlim dəyişikliyinin təsirlərini əhəmiyyətli dərəcədə sürətləndirəcək nöqtələrə çatmaq riski altındayıq: "İndi hərəkətə keçmək tamamilə vacibdir. Emissiyaları indi kəskin şəkildə azaltmaq tamamilə vacibdir",- deyə o bildirib.

Quterreş hökumətləri qalıq yanacaqları tamamilə aradan qaldırmaq üçün qəti addımlar atmağa çağıraraq: "2030-cu ilə qədər (qalıq yanacaqları) hər il 9 faiz azaltmalıyıq. Təəssüf ki, ötən il hələ 1,3 faiz artım olduğunu müşhidə etdik", - deyə qeyd edib.

Quterreş hələ də qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmağın mümkün olduğunu düşündüyünü, lakin dünyanın yaxın illərdə bu həddi aşacağını qəbul etdiyini bildirib: “1,5 dərəcənin hələ də mümkün olduğuna inanıram. Texnoloji təkamül, bərpa olunan enerji sahəsindəki inkişaflar və digər yeniliklər göstərir ki, siyasi iradə olarsa, 1,5 dərəcəyə nail olmaq olar”.

Quterreş bəyan edib ki, Donald Trampın başçılıq etdiyi ABŞ-ın Paris İqlim Sazişindən ikinci dəfə çıxma ehtimalı prosesi “şikəst” edə bilər.

Quterreş əvvəlki açıqlamalarında qalıq yanacaq ticarəti ilə məşğul olan şirkətlərin reklamının qadağan edilməli olduğunu deyərək, onları “iqlim xaosunun xaos atası” adlandırıb və diqqətin daha çox sənaye şirkətlərinin təzyiqinə tab gətirməyən hökumətlərə yönəldilməli olduğunu qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri