Icma.az
close
up
RU
Quzu əti daha da bahalaşacaq 40 manat və daha yüksək...

Quzu əti daha da bahalaşacaq 40 manat və daha yüksək...

Icma.az bildirir, Milli.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Azərbaycanda quzu əti kəskin bahalaşıb.

Milli.Az-ın məlumatına görə, əvvəl bir kiloqramı 22-23 manata satılan quzu əti hazırda 32 manata təklif olunur.

Bəs, bu bahalaşmanın səbəbi nədir? Yaxın günlərdə daha da bahalaşa bilərmi?

Məsələ ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Milli.Az-a açıqlamasınaa bildirib ki, hələ Milli Məclisdə quzu ətinin kəsiminə qadağa qoyulanda proqnozlaşdırılırdı ki, yaxın aylarda quzu ətinin qiyməti kəskin artacaq.

Ekspertin sözlərinə görə, tətbiq olunan qadağa bir çox sahibkarlara əlavə xərclər yaradıb:

"Bu qadağanın tətbiqi bir çox sahibkarların fəaliyyətinə əlavə xərclər gətirib. Belə vəziyyətlərdə sahibkarlar, xüsusən də heyvan kəsimi ilə məşğul olanlar, nəzarət orqanlarına müxtəlif formalarda ödənişlər etməyə məcbur olurlar. Bu səbəbdən quzu ətinin qiymətinin artmı gözlənilən idi".

Vahid Məhərrəmov əlavə edib ki, qiymət artımını sürətləndirən digər əsas amil son aylarda heyvanlar arasında geniş yayılmış dabaq xəstəliyidir:

"Dabaq xəstəliyi nəticəsində on minlərlə heyvan tələf olub, bir çoxu isə bala salıb. Nəticədə heyvanların ümumi sayı azalıb və bu, bazarda ət təklifini məhdudlaşdırıb. Biz yaxın zamanlarda quzuların sayının azaldığını görəcəyik. Yəni biz bundan sonrada quzu ətinin qiymətində kəskin artım gözləyirik".

Ekspert hesab edir ki, Yeni il ərəfəsində quzu ətinin qiyməti 40 manata qədər arta bilər. Bildirib ki, sonrakı mərhələlərdə də daha yüksək qiymət təklif olunacaq:

"Hazırda Monqolustan və digər ölkələrdən gətirilən ət quzu deyil, əsasən qoç ətidir. Onun kiloqramı təxminən 22-23 manata satılır. Lakin yerli quzu ətinin qiyməti daha yüksəkdir".

Həmsöhbətimiz quzu ətinə tələbatın yüksək olaraq qalacağını düşünür:

"Xüsusilə imkanlı şəxslər və sahibkarlar bu əti həm özləri, həm də yaxınları üçün alırlar. Tələb yüksək, təklif azdırsa, bu, qiymət artımının davam edəcəyini göstərir".

Mina Mikayılova
Milli.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri