Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Qvadelup XXI əsrin “departament” adlı müstəmləkəsi

Qvadelup XXI əsrin “departament” adlı müstəmləkəsi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Özünü “demokratiyanın beşiyi” adlandıran, əslində isə, bu gün də dünyanın dörd bir yanında müstəmləkələr saxlayan, orada yaşayan xalqların fundamental hüquqlarını kobud şəkildə pozan, təbii sərvətlərini istismar edən Fransanın əsarəti altında olan yerlərdən biri də Qvadelupdur.

Karib dənizinin şərq hissəsində yerləşən, ərazisi 1628 kvadrat kilometr, 2019-cu ilin siyahıyaalmasına görə əhalisi 382,704 nəfər olan Qvadelupa Bas-Ter və Qrand-Ter, eləcə də bir neçə kiçik adalar daxildir. Bu adalar birgə götürüldükdə, yəni, ümumi ad altında Qvadelup kimi tanınır. Rəsmi dili fransız dili, dini katoliklikdir. Bura rəsmi sənədlərdə Fransanın dənizaşırı departamenti adlanır. Departamenti Fransa hökuməti tərəfindən təyin olunan prefekt idarə edir, seçilmiş Baş Şura (fransızca Conseil general) mövcuddur. Qvadelup Fransa Respublikasının parlamentində üç deputat və iki senatorla təmsil olunur. İnzibati mərkəzi Bas-Ter şəhəridir. İkinci böyük şəhər Puent-a-Pitrdir. Bölgənin valyutası avrodur.

Qvadelupda eramızdan əvvəl 300-cü ildən başlayaraq balıqçılıq və əkinçiliklə məşğul olan aravaki hindu tayfaları məskunlaşmağa başlayıblar. Adaya VIII əsrdə Cənubi Amerikanın digər tayfası – kariblər (qəraiblər) gəliblər. Onlar aravakilərin əksəriyyətini qovaraq adaya Karukera, yəni “Gözəl sular adası” adını veriblər.

Xristofor Kolumb Amerikaya ikinci səyahəti zamanı 1493-cü il noyabrın 4-də Qvadelupa ayaq basan ilk avropalı olub. O, buranı İspaniyada mövcud olan “Santa Mariya Quadalup Estremadura” monastırının şərəfinə Qvadelup adlandırıb.

Fransızlar 1635-ci ildə adanı ələ keçirib və kariblərin çoxunu məhv ediblər. Onlar adada şəkər qamışı plantasiyaları qurublar. Plantasiyalarda işləmək üçün Afrikadan qaradərili qullar gətiriblər. Ada 1674-cü ildə rəsmi olaraq Fransa taxt-tacının mülkü elan edilib. XVII—XVIII əsrlərdə Qvadelup bir neçə dəfə (1703, 1759, 1779, 1794, 1810 və 1815-ci illərdə) ingilislərin hücumuna məruz qalıb. Onlar 1759-cu ildə adanı ələ keçirməyə müvəffəq olublar, lakin 1763-cü ildə imzalanmış Paris müqaviləsi ilə Qvadelup Fransaya qaytarılıb. O dövrdə Qvadelupun çiçəklənməsi və çox əhəmiyyəti olması Paris müqaviləsi ilə qarşılıq olaraq Fransanın Britaniya müstəmləkəsi olan Kanadaya ərazi iddialarından imtina etməsi ilə sübut olunur.

Böyük Fransa İnqilabının yaratdığı qarışıqlıqdan yararlanmaq istəyən İngiltərə 1794-cü ildə adanı yenidən ələ keçirməyə cəhd edib. Hətta, həmin ilin aprelin 21-dən iyunun 2-dək ada ingilislərin tabeliyində olub. Ancaq fransızlar yenidən adanı geri alıblar. Qvadelup 1802-ci ilə qədər faktiki müstəqil respublika olaraq qalıb. Lakin ingilislər Fransanın Amerikadakı mülklərini təhdid edəndə Napoleon “separatçılar” adlandırdığı müstəqillik tərəfdarlarını əzmək və köləliyi bərpa etmək üçün adaya qoşun göndərib. Qoşunlar adada “asayişi bərpa etmək” prosesi zamanı 10 minə qədər qvadelupu öldürüb. İşğalçı qüvvələrin bütün adaya nəzarəti ələ keçirəcəyi bəlli olduqda Qvadelupda köləliyin bərpasına qarşı üsyana rəhbərlik edən Lui Delqres və inqilabi əsgərlərdən ibarət bir dəstə 1802-ci il mayın 28-də Sufrier vulkanının yamaclarında yerləşən Matubada intihar edib.

1805-ci ildə adada Fransa Mülki Məcəlləsi tətbiq olunmağa başlanıb. 1810-cu ildə ingilislər adanı yenidən geri alıblar. 1813-cü ildə Qvadelup İsveçə verilib. Çünki İsveçin artıq bölgədə, yaxınlıqdakı Sen-Bartelemi adasında koloniyası var idi. 1814-cü ildə Paris müqaviləsinə əsasən, İsveç adanı Fransaya qaytarıb. 1815-ci ildə yüz gün ərzində ada yenidən Fransanın mülkü olub. Kral XVIII Lüdovik tərəfindən yeni göndərilmiş qubernator, admiral Linua təkrar hakimiyyətə qayıtmış Napoleonu gözlənilmədən dəstəkləyib və ingilislərin yenidən adaya desant çıxarmasına səbəb olub. Buna baxmayaraq, Fransanın Qvadelup üzərində nəzarəti, nəhayət, həmin il Vyana konqresi tərəfindən tanınıb. 1816-cı ildə Paris müqaviləsi Fransanın nəzarətini gücləndirib. Adada köləlik yalnız 1848-ci ildə ləğv edilib.

Müstəmləkə əsarəti Qvadelup iqtisadiyyatının birtərəfli inkişafına səbəb olub: yalnız ixrac üçün nəzərdə tutulmuş kənd təsərrüfatı sahələri (şəkər qamışı, banan, qəhvə, kakao) inkişaf edib. Yalnız XIX əsrin sonlarında kənd təsərrüfatı məhsullarının emalı üçün bir sıra sənaye müəssisələri tikilib.

1946-cı ildə müstəmləkəçiliyin forması dəyişib: Qvadelup “Fransanın dənizaşırı departamenti” statusunu alıb. Mahiyyəti isə dəyişməz olaraq qalıb. 2007-ci ilə qədər Qvadelup departamentinə, həmçinin Sen-Bartelemi adası və Müqəddəs Martin adasının şimal hissəsi (cənub hissəsi Niderlanda aiddir) daxil edilib. 

2009-cu ilin yanvarında Qvadelupda kütləvi iğtişaşlar baş verib. Bu iğtişaşlar sonradan Martinika adasına da yayılıb. Tətillər və etirazlar yaşayışın və əsas malların baha olmasından narazılıq, maaşların artırılması tələbləri səbəbindən başlamışdı. Yanvarın 20-də başlayan və fevralın sonuna qədər davam edən tətillər zamanı adalarda dövlət müəssisələri, o cümlədən məktəblər və ictimai nəqliyyat, eləcə də mağazalar və yanacaqdoldurma məntəqələri bağlanıb. İğtişaşlar adaların ənənəvi olaraq ağların dominantlıq təşkil etdiyi cəmiyyətində uzun müddətdir davam edən etnik, irqi və sinfi ayrıseçkiliyi üzə çıxarıb. Etirazlar adalarda turizmə ciddi zərbə vurub, çoxmilyonluq itkilər qeydə alınıb. İğtişaşlardan əvvəl Qvadelup və Martinikada son dərəcə yüksək işsizlik hökm sürürdü və Avropa İttifaqında Reyunondan (Fransanın digər müstəmləkəsi) sonra ikinci və üçüncü yerləri tuturdu.

Qvadelup və Martinikada Fransa hakimiyyətinin siyasətindən narazılıq indi də yüksəkdir. Yerli əhali Fransız müstəmləkəçiliyinin sosial-iqtisadi fəsadlarına etiraz edir və milli özünüdərkin güclənməsi fonunda müstəqillik tələbləri səsləndirir. Aksiya və mitinqlərdə kolonial idarəetmənin ədalətsizliyi, işsizlik və mədəni assimilyasiya siyasəti əsas hədəf kimi göstərilir. Hərəkatın liderləri Parisin bölgəyə qarşı yürütdüyü siyasətin postkolonial deyil, açıq müstəmləkə mahiyyəti daşıdığını bildirirlər. Fransa hökuməti isə vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, hər iki adada siyasi gərginlik getdikcə artmaqdadır.

Səxavət HƏMİD 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:388
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see567

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see416

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see388

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see321

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see307

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see283

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see259

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see258

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see253

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see237

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see237

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see232

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see231

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see225

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see204

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see204

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see193

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see191

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see189

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri