Qvardiola “Arsenal”ın qapısını toxunulmaz saxladığı seriyaya münasibət bildirib
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola London “Arsenal”ının müdafiədəki uğurlu çıxışı barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis “Bornmut” üzərində 3:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında “Arsenal”ın seriyasına münasibət bildirib.
Qvardiola bu barədə danışarkən zarafatından da qalmayıb:
“Arsenalın müdafiəsi? Ümid edirəm, bir gün yenidən qol buraxarlar”.
Mikel Artetanın komandası artıq ardıcıl 7 oyundur qol buraxmır və bütün bu qarşılaşmalarda qələbə qazanıb. “Topçular” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 turdan sonra 25 xalla liderdir. Komandanın top fərqi 18:3-dür.
Qeyd edək ki, “Mançester Siti” bu qələbə sayəsində Premyer Liqada ikinci pilləyə yüksəlib, lakin “Arsenal”dan 6 xal geri qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 03 Noyabr 2025 01:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















