Qvardiola bu ölkəyə “yox” dedi KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniyalı mütəxəssis Xosep Qvardiola İtaliya millisinin baş məşqçisi olmaq təklifini qəbul etməyib.
KONKRET.az qol.az-a istinadla xəbər verir ki, İtaliya Futbol Federasiyası son günlər 55 yaşlı çalışdırıcını yığmanın sükanı arxasına gətirmək üçün danışıqlar aparsa da, tərəflər arasında razılıq əldə olunmayıb.
Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Qvardiola təklifi rədd edib.
Bildirilib ki, italiyalılar təcrübəli mütəxəssisi komandaya cəlb etmək üçün ciddi səy göstərsələr də, Qvardiola hazırda yeni layihəyə başlamaq niyyətində deyil.
Mətbuatda yayılan xəbərlərə əsasən, maliyyə məsələləri də razılığın əldə olunmamasında rol oynayıb.
Qeyd edək ki, İtaliya millisinin baş məşqçi postuna Antonio Konte, Andrea Pirlo və Roberto Mançini də namizədlər arasında göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 24 İyul 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















