Qvardiola məşqçilik karyerasında ilk dəfə belə halla üzləşdi
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Mançester Siti" Premyer Liqanın XI turunda "Brayton"a məğlub olub və bu, "şəhərlilər"in bütün turnirlərdə ardıcıl dördüncü yenilgisidi. Sport24.az xəbər verir ki, daha əvvəl Xosep Qvardiolanın çalışdırdığı komanda Çempionlar Liqasında Portuqaliyanın "Sportinq" (1:4), İngiltərə çempionatında "Bornmut" (1:2) və İngiltərə Liqa Kubokunda "Tottenhem"ə (1:2) uduzub.
"Opta Sports"un məlumatına görə, "Mançester Siti" ilə belə hadisə 2006-cı ildən bəri baş verməyib. Bundan başqa, Qvardiola məşqçilik karyerasında ilk dəfə dalbadal dörd matçda məğlub olub.
Qeyd edək ki, "Mançester Siti" hazırda 23 xalla turnir cədvəlinin ikinci pilləsindədi. Premyer Liqanın vahid lideri isə 28 xalla "Liverpul"dur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 10 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















