Icma.az
close
up
RU
Qvardioladan Real öncəsi sərt mesaj Uğura inanmayan evində qalsın

Qvardioladan Real öncəsi sərt mesaj Uğura inanmayan evində qalsın

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk iştirakçıları bəlli olacaq. Günün ən maraqla gözlənilən oyunlarından biri Mançesterdə keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, ''Mançester Siti'' ötən həftə Madriddə qeydə alınan 0:3-dən geri dönməyə çalışacaq. ''Şəhərlilər''in çalışdırıcısı Xosep Qvardiola oyunöncəsi mətbuat konfransında bir qədər sərt üslubda diqqətçəkən acıqlamalar verib.
Maraqlıdı ki, oyundan bir gün öncə, yəni bazar ertəsi Qvardiola məşq keçirməyərək oyunçularına istirahət verib. O, bu məqama da aydınlıq gətirib:

''Komandamızda kimsə, mərhələni keçə biləcəyimizə inanmırsa, bu, onun öz problemidi. Bu oyunçuların heç biri uşaq deyil. Böyük insanlardı və yaxşı da pul qazanırlar. Uğura inanmayan oyuna gəlməsin və evində qalsın. Onsuz da itiriləsi bir şeyimiz qalmayıb. Ən azı geridönüşə cəhd etməliyik. Nəyəsə nail olmaq üçün əvvəldən sona qədər ideal oynamalıyıq. ''Real''ı təəccübləndirmək məqsədimiz yoxdu. Məqsədimiz qollar vurmaqdı. Hücumda yaxşı oynayıb fürsətlər yaxalamalıyıq. Amma müdafiəni də unutmamalıyıq. Təbii ki, ilk 20 dəqiqədə 3 qol vurmaq əla olardı. Amma reallıqda hər şey bu qədər asan deyil. İlk oyunun nəticəsi bizi çox çətin duruma salır. Oyundan bir gün öncə nə üçün məşq etmədik? Oyun günü bir balaca məşq edəcəyik. İndiki dönəmdə məşqlər o qədər də güclü effekt vermir. Bu mövsüm daha öncə də bir neçə dəfə futbolçulara oyundan bir gün öncə istirahət vermişəm. Dortmund ''Borussiya''sı və ''Fulhem'' ilə oyunlardan öncə də belə olmuşdu. Onsuz da bir-birimizi əla tanıyırıq. Bu addımın özünü doğruldub-doğrultmayacağını oyunda biləcəyik. Düşündüm ki, futbolçuların belə məqamda ailələrinin yanında olması daha yaxşıdı. Dünyada bütün oyunlarda qələbə qazanan komanda yoxdu. Bəzən oyun sənin üçün uğurlu, bəzən isə uğursuz alınır. ''Real''a qarşı daha öncə dəfələrlə yaxşı oyunlarımız olub. İdman belə qurulub ki, məğlubiyyətlər qələbələrdən daha çox olur. Amma bu, üzərində baş sındırılası mövzu deyil. Çünki dünyada indi bundan qat-qat vacib şeylər baş verir. ''Real'' ÇL-də 100 dəfə oynayıb və bunların 15-də qalib gəlib. Digər mövsümlərdə qalib gələ bilməyib. Yəni qələbədən qat-qat çox uduzub''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Mart 2026 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri