Icma.az
close
up
RU
Rabitəbank Qarabağda ilk filialını açdı FOTOLAR

Rabitəbank Qarabağda ilk filialını açdı FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Azərbaycanın tarixi zəfərindən sonra ölkəmizin sosial-iqtisadi inkişaf xəritəsində yeni bir səhifə açılıb. Bu tarixi dönüş nöqtəsinin 5-ci ildönümündə “Rabitəbank” ASC Xankəndidə yeni filialını istifadəyə verərək regionun biznes ekosisteminin inkişafına daha bir mühüm töhfə verəcəkdir.

"Unikal" xəbər verir ki, açılışda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, "Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, Bankın İdarə Heyətinin sədri Aydın Hüseynov, Müşahidə Şurasının üzvü Rəhman Əliyev, İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekin, Qarabağ Universitetinin rəhbər heyəti, dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.  

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov isə çıxışı zamanı bildirib ki; “Hazırda bu ərazilərdə 650-yə yaxın müəssisə fəaliyyət göstərir. Yeni iş yerlərinin açılması, sahibkarlıq mühitinin formalaşması və işgüzar həyatın sürətlə canlanmasının bariz göstəricisidir. Əminliklə demək olar ki, bu dinamika yaxın vaxtlarda daha da genişlənəcək. Ümid edirik ki, işğaldan azad olunmuş digər bölgələrdə də "Rabitəbank"ın filial şəbəkəsinin genişlənməsi ilə həm xidmət infrastrukturunun güclənməsinə, həm də regionların sosial-iqtisadi inkişafına əlavə töhfə veriləcək.”

Müşahidə Şurasının sədri Zakir Nuriyev açılış mərasimində öz çıxışı zamanı bildirib ki; “Bu gün Xankəndidə filial açmaq bizim üçün sadəcə yeni bank filialının istifadəyə verilməsi deyil. Bu, Qarabağın iqtisadi həyatına qayıdışın, bu torpaqlarda sabitliyin və inkişafın bərqərar olmasının rəmzidir. Rabitəbank olaraq, ölkəmizin işğaldan azad edilmiş ərazilərində biznesin yenidən qurulmasına, sahibkarlığın dəstəklənməsinə və əhalinin bank xidmətlərinə rahat çıxışına töhfə verməyi strateji vətəndaşlıq borcumuz hesab edirik”.  

Bankın İdarə Heyətinin sədri Aydın Hüseynov isə çıxışı zamanı bildirib ki; “Xankəndi filialımız Qarabağın iqtisadi dirçəlişində iştirak etmək istəyimizin ən real ifadəsidir. Bu filialda biz müasir xidmət modelimizi, innovativ yanaşmamızı və rahat bankçılıq konsepsiyamızı tətbiq edirik. Məqsədimiz burada yaşayan insanların və fəaliyyət göstərən sahibkarların bank xidmətlərinə rahat, çevik və etibarlı şəkildə çıxışını təmin etməkdir. Təqdim etdiyimiz rəqəmsal həllər vasitəsilə bütün Qarabağ bölgəsi xidmətlərimizdən rahat faydalana bilər. Qarabağda formalaşan yeni iqtisadi mühitə uyğun olaraq, Rabitəbank bölgənin maliyyə ehtiyaclarını davamlı şəkildə dəstəkləyəcək”.

"Rabitəbank"ın Xankəndi filialının açılması, işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən aparılan genişmiqyaslı quruculuq işləri ilə paralel olaraq, bölgədə dayanıqlı maliyyə mühitinin formalaşdırılması istiqamətində strateji addımlardan biridir. Bu filial həm sahibkarlar, həm də fərdi müştərilər üçün tam universal bank xidmətlərini bir ünvanda birləşdirən xidmət mərkəzi kimi fəaliyyət göstərəcək.

Burada kredit məhsulları, kassa-hesablaşma əməliyyatları, əmanətlər, ödəniş kartları, pul köçürmələri, nağd valyuta əməliyyatları və rəqəmsal həllər daxil olmaqla, bütün əsas bank xidmətləri müasir standartlara uyğun şəkildə təqdim olunacaq.

Qeyd edək ki, “Rabitəbank” ASC sosial-iqtisadi inkişafa töhfə vermək məqsədilə ölkənin müxtəlif bölgələrində filial şəbəkəsini genişləndirir, eyni zamanda korporativ sosial məsuliyyət layihələri çərçivəsində ictimai təşəbbüslərə və yerli sahibkarlığın inkişafına mütəmadi dəstək göstərir.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 30 xidmət məntəqəsi, 76 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri