Radiatoru korroziyadan necə qorumaq olar? FOTO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bu gün bir çox sürücünü belə bir sual maraqlandırır: nə üçün köhnə “Belarus” traktorda radiator palçıqlı su ilə 20-30 il işlədiyi halda müasir avtomobillərdə tez sıradan çıxır?
Avtosfer.az xəbər verir ki, səbəblər konkretdir. Müasir mühərriklərdə işçi temperatur və təzyiq yüksəkdir. Radiatorlar isə elektrokimyəvi korroziyaya həssas alüminiumdan hazırlanır.
Belə bir seçimə səbəb konstruksiyanın yüngüllüyü, ucuzluq və istilik ötürülməsinin sürətidir. Bununla belə, düzgün istismar şəraitində alüminium radiatorlar 10-12 il təhlükəsiz istismar edilə bilər. İlk növbədə düzgün antifriz seçilməli, təsnifatı uyğun olmayanlar bir-biri ilə qarışdırılmamalıdır. Həmçinin, soyuducu mayeyə sovet ənənəsinə uyğun olaraq su qatılmamalıdır. Belə qarışıqlar antifrizin qoruyucu xüsusiyyətlərini sıfıra endirir və mühərrik daxilində korroziya başlayır.
Bir digər vacib şərt isə antifrizin vaxtında dəyişdirilməsi, sistemin kipliyinə nəzarət yetirilməsidir.
Bəzən zəruri hallarda radiatora su tökmək mümkündür ki, bu da yalnız qısa müddətə olmalıdır. Mühərrikdə soyuducu maye azaldıqda yolda qalmamaq üçün sudan istifadə mümkündür. Yaxud antifriz dəyişilərkən sistem su ilə yuyulmalıdır.
Proses qısamüddətli olmalıdır. Nəzərə alaq ki, müasir mühərriklərin işçi temperaturu suyun qaynama temperaturundan yüksəkdir. Bu səbəbdən sudan bir neçə saatlıq istifadə belə, müasir mühərrikə zərər yetirə bilər.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 20 Aprel 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















