Radikal ünsürlər Vaşinqtonda təxribat törətmək istədi
Icma.az, Axar.az saytına istinadən bildirir.
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup radikal ünsür tərəfindən təxribat xarakterli hərəkətlərə cəhd göstərilib.
Axar.az xəbər verir ki, onlar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıblar.
Lakin Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və Vaşinqton polisi operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar.
İlkin məlumatlara əsasən, insident nəticəsində ciddi pozuntu qeydə alınmayıb.
Bundan başqa sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir.
Qeyd edək ki, görüntülər hadisənin təxribat xarakteri daşıdığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 19 Fevral 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















