Icma.az
close
up
RU
Radikallar nə üçün Zəngəzur dəhlizinin açılmasını istəmir?

Radikallar nə üçün Zəngəzur dəhlizinin açılmasını istəmir?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hazırda İran Zəngəzur dəhlizinin açılmasına qarşı ən sərt müqavimət göstərən dövlət kimi çıxış eləyir. Xüsusilə də ABŞ-da Prezident Donald Trampın iştirakı  ilə Azərbaycan və Ermənistan arasında imzalanan sənəddən sonra rəsmi Tehran daha da mövqeyini sərtləşdirməyə başlayıb. Son vaxtlara qədər Ermənistana yaxın münasibətdə olan İran indi Ermənistanı ittiham etməyə başlayıb. Bu da o deməkdir ki, Ermənistan və İran arasında etimad limiti artıq tükənmək üzrədir".
Bu sözləri Demokrat.az-a açqlamasında politoloq Elçin Xalidbəyli deyib. 
"Önəmli məqam da ondan ibarətdir ki, İranın özünün daxilində, yəni İranın siyasi elitasında Zəngəzur dəhlizinə yanaşma ziddiyyətli xarakter daşıyır. Yəni İranın ali dini rəhbərinə yaxın olan radikal siyasi düşərgə Zəngəzur dəhlizinin açılmasına tam şəkildə müqavimət göstərməyə çalışır. Onların da timsalında Vilayəti yer alır.Vilayətinin dediklərindən belə çıxır ki, İran istənilən halda Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək.Ancaq hazırda İranın ABŞ tərəfindən dəstəklənən bir layihəyə müqavimət göstərməsi və onun reallaşmasının qarşısını almaq istiqamətində ata biləcəyi addımlar kifayət qədər məhduddur. Bu imkanlar indiki şəraitdə İranın əlində mövcud deyil və bu baxımdan İran üçün bu layihənin qarşısını alma cəhdləri real nəticə verə biləcək səviyyədə deyil".
O bildirib ki, ikinci xətt isə İranda Prezident Pezeşkianın təmsil elədiyi xətdir:
"Bu xəttin təmsilçilərinə görə Zəngəzur dəhlizi dövlətlərin suveren sərhədləri və hüquqları pozulmadan açıla bilər.Yəni onlar sərt müqavimət göstərməyə üstünlük vermirlər.
Bunun özü də nisbətən müsbətə doğru bir məsələdir. Çünki indiyə qədər İran Zəngəzur dəhlizinə münasibətdə vahid mövqedən çıxış edən bir dövlət kimi görünürdü. Ancaq artıq müşahidə olunur ki, İranın siyasi elitasında bu məsələyə ziddiyyətli yanaşmalar mövcuddur və nisbətən loyal yanaşmaq meylləri də müşahidə edilməyə başlayıb. Xüsusilə də Prezident Pezeşkianın təmsil olunduğu siyasi düşərgə Zəngəzur dəhlizi məsələsinin reallaşmasına tolerant yanaşmağa hazır olduğunu göstərir.
Bu baxımdan hesab eləmək olar ki, Zəngəzur dəhlizi ilə bağlı mübahisələr və müzakirələr İranın daxilində də zaman keçdikcə müəyyən ziddiyyətlərin dərinləşməsinə yol aça bilər".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Avqust 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri