Icma.az
close
up
RU
Rafiq Verdiyev: Müxtəlif sahələrdə su təminatında problemlər yaranacaq

Rafiq Verdiyev: Müxtəlif sahələrdə su təminatında problemlər yaranacaq

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"İqlim dəyişikliklərinin təsiri nəticəsində su ehtiyatları azalır və bu proses müxtəlif ssenarilərdə davam edəcək. Bunun nəticəsində müxtəlif sahələrdə su təminatında problemlər yaranacaq.

Əsas təhlükə Xəzərin səviyyəsinin düşməsidir. Bundan əlavə, təhlükəli hidroloji hadisələrin - sel və daşqınların artması da ciddi problemdir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr, uçot və reyestr şöbəsinin müdiri Rafiq Verdiyev deyib.

R.Verdiyev qeyd edib ki, həmin problemlərin aradan qaldırılması üçün suyun səmərəli istifadəsini təmin etmək, itkilərin qarşısını almaq və suyun daha dəqiq paylanması üçün müxtəlif qurğulardan istifadə etmək lazımdır:

"Azərbaycanda 57 göldə aparılan monitorinq nəticəsində bəzi göllərdə suyun səviyyəsinin azalması müəyyən edilib. Göllərin səviyyəsi dron və digər müasir cihazlarla qiymətləndirilir və məlumatlar elektron bazada qeyd olunur. Bu, göllərin ekoloji vəziyyətinin izlənməsi və su ehtiyatlarının səmərəli istifadəsi üçün vacibdir".

R.Verdiyev əlavə edib ki, bəzi göllərdə suyun səviyyəsi azaldığı üçün onların idarəolunması və qorunması istiqamətində əlavə tədbirlər görülür:

"Monitorinq zamanı toplanan məlumatlar həm su ehtiyatlarının planlaşdırılmasında, həm də suya qənaət texnologiyalarının tətbiqində əsas rol oynayır. Göllərin səviyyəsi və həcminin izlənməsi ölkənin bütün çay və su hövzələrinin idarəolunması ilə sıx bağlıdır və ekosistemin balansının qorunması üçün vacibdir".

"Eyni zamanda, bu sular Xəzər dənizinə axır, yalnız Azərbaycan ərazisində deyil, bütün Xəzər hövzəsində, xüsusilə Volqa çayında suyun azalmasının gələcəkdə də davam edəcəyi proqnozlaşdırılır və bunun nəticəsində Xəzərin səviyyəsi düşə bilər. Biz çalışırıq ki, adaptasiya tədbirləri həyata keçirilsin və həm sulardan səmərəli istifadə sahəsində, həm də Xəzər dənizinin səviyyəsinin müəyyən həddə saxlanılması istiqamətində tədbirlər görək. Bu sahədə qonşu dövlətlərlə birgə işlər aparılır, müşavirələr və görüşlər keçirilir".

O vurğulayıb ki, müvafiq işçi və ekspert qrupları yaradaraq lazımı tədbirləri müəyyən etməyə çalışırlar:

"Su gətirilməsi və ya qoruyucu tədbirlərin həyata keçirilməsi ilə Xəzərin səviyyəsini müəyyən həddə saxlamaq mümkündür. İlk növbədə, ölkədə su ehtiyatlarının monitorinqini genişləndiririk, avtomatlaşdırırıq və məlumat bazasını idarəetməni asanlaşdıracaq şəkildə qururuq ki, suyun azalması və ya digər təhlükəli hadisələr zamanı operativ tədbirlər həyata keçirilsin.

Eyni zamanda, istifadəçilər və şirkətlər arasında müasir suvarma metodlarından və texnologiyalardan istifadəni təşviq edirik ki, az su sərf edilsin, müxtəlif sahələrdə ondan effektiv şəkildə istifadə olunsun. Təkrar istifadəni genişləndirmək, alternativ mənbələrdən yararlanmaq və suyun dövriyyəsini təmin etmək yolu ilə səmərəli istifadəyə nail olmağa çalışırıq. Əhali və istifadəçilər arasında təbliğat işləri də gündəliyimizdədir".

"Biz həm infrastruktur, həm qeyri-infrastruktur istiqamətində tədbirlər görürük ki, təhlükəli hadisələrin qarşısını alaq. Beləliklə, gələcəkdə əhalinin tələbatının artması və suyun azalması fonunda hazır ola biləcəyik", - deyə şöbə müdiri fikirlərini yekunlaşdırıb.

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri