Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm”

Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm”

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Deputatlığa namizəd Milli Məclisdə təmsil etmək istədiyi bölgənin problemlərinin təsnifatını artıq ağlına yazıb və işə nədən başlayacağını sıralayıb

Birinci Qarabağ müharibəsinin iştirakçısı, tanınmış telejurnalist Rahib Qərib öz təşəbbüsü ilə 69 saylı Biləsuvar Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Reyting.az sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə böyük ümidlə gedən Rahib Qəribin Analoq.az-a müsahibəsini təqdim edir:
- Rahib müəllim, bildiyimiz qədər siz ilk dəfədir deputatlığa namizədsiniz. Niyə bu qənaətə gəldiniz ki, “Xidmətə davam ” demək lazımdır?

- Məncə, təbliğat plakatımda şüarım, sloqanım bu haqda hər şeyi deyir. 1992-ci ildən 2017-ci ilə qədər hər həftənin 4-5 gününü cəbhədə, səngərlərdə olub, o mövqelərdə müdafiədə dayanan əsgərlərimizi, döyüşçülərimizi, müdafiəçilərimizi lentə alıb doğmalarının görüşünə gətirməklə, hər dəfə o yerlərə gedib zabit və əsgərlərimizə arxa-dayaq, dəstək olmaqla elə xalqıma, dövlətimə, Vətənimə xidmət edirdim. Çünki o səngərlərdə indi deputatlığa namizədliyimi verdiyim Biləsuvardan da, hər bölgəmizdən bir qeyrət payı, bir mudafiəçi var idi. Şükürlər olsun müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Silahlı Qüvvələrimiz, o oğullar bizi Qələbəyə çatdırdı və düşündüm ki, növbəti xidmətim ölkəmizin ictimai-siyasi həyatında fəal olmaq, Prezidentimizin səyləri ilə dirçələn Qarabağımızla yanaşı digər bölgələrimizdə də, doğma Biləsuvarımda da yüksəlişlə müsayiət olunmalıdır. Bu mənada və bu cəbhədə ölkəmə, xalqıma xidməti davam etdirmək yolun seçdim.

- Namizədliyinizi Biləsuvardan vermisiniz. Bugunə qədər bir çox namizədlər seçiciyə vəd verib. Amma demək olar, indi seçicilər də vədlərə inanmır.

- Mən seçicilərimə vəd yox, kişi sözü verirəm. Gorüşlərimdə də bunu xüsusi vurğulayıram. Necə ki, səngərlərdə, cəbhədə illərlə onların övladları ilə çiyin-çiyinə addımlayıb arxa-dayaq oldum, bu dəfə də daim onların yanında olub, qayğıları, problemləri ilə ciddi maraqlanacam. Tələb və təkliflərini hökumətimizin diqqətinə çatdıracam.
- Siz tanınmış simasınız. Uzun illər televiziyada fəaliyyət göstərmisiniz. Seçici sizi yaxşı tanıyır. Bundan rəqibləriniz narahat olmur?

- Rəqiblərimin narahat olmasını heç istəməzdim. Onlar da xalqımın layiqli övladlarıdır. Amma düşünürəm ki, rəqiblərim məni biləsuvarlıların etimadını qazanmaq yarışında ciddi rəqib hesab edirlər.
- Mandatı qazansanız ilk hansı işləri görəcəksiniz?

- Mandat qazandığım andan etibarən verdiyim sözə sadiqliyimi hər bir biləsuvarlının hiss edib görməsinə çalışacağam. İndi seçicilərimin qarşısında çox rahat gəzib-dolaşıb hər biri ilə alnıaçıq, üzüağ ünsiyyətdə ola bilirəmsə, gələcək də bunu yaşamağı özümə borc bilirəm. Problemlərinin təsnifatı isə artıq ağlıma yazılıb və nədən başlayacağımı da sıralamışam.

- Ümumiyyətlə, Rahib Qərib üçün deputat olmaq nə deməkdir?

- Deputat sözü diləyatımlı olsa da, mən bu statusu daha çox şüuraltı açıqlayan millət vəkili söz birləşməsi kimi düşünürəm. Millətin sözünü deyən, bir rayonun sakinlərinin haqqını və bəlkə də nəticədə onlarla problem, qayğı ortağı olan bütün Azərbaycan vətəndaşlarının tələb və təkliflərini uca tribunadan, millətin qanunverici orqanından deyib müdafiə edən nümayəndəsi hesab edirəm.
- Bugün Biləsuvarda seçkiyə maraq hansı səviyyədədir?

- Təəssüf hissi ilə deyirəm ki, bəzilərində seçki kampaniyasına başmaqla gəlib, ənənəvi, standart tədbir təəssüratı gördüm . Amma bu yanaşma ilə də mübarizə aparanlardan biri kimi deyim ki, təbliğat işinin gedisatında bildim ki, o əhvalı da dəyişdirmək olur. Neçə məntəqədə layiqli namizədə səs vermək əhval-ruhiyyəsi yaradıb, seçiciləri optimist ruha kökləməklə bir namizəd kimi öz adımdan deyə bilərəm ki, seçicilərimizlə birlikdə ölkə rəhbərimizin demokratik gözləntilərini doğruldacağıq.
- İnsallah.




Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri