Icma.az
close
up
RU
Raketlər, təhdidlər və təslim ultimatumları Altıncı günün xronikası

Raketlər, təhdidlər və təslim ultimatumları Altıncı günün xronikası

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran və İsrail arasında hava müharibəsi artıq altıncı gününə daxil olub. Çərşənbə günü səhər saatlarında tərəflər yenidən bir-birinə raket zərbələri endirib.

Yenisabah.az xəbər verir ki, İsrail ordusu İran tərəfindən Təl-Əvivə iki raket dalğasının atıldığını təsdiqləyib. Şəhərdə partlayış səsləri eşidilib.

Eyni zamanda İsrail hərbi hava qüvvələri Tehranın cənub-qərbindəki bölgələrdə yaşayan əhalini təxliyə etməyə çağırıb, çünki həmin ərazilərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı obyektlərə zərbələr planlaşdırılıb.

İran mediasının yazdığına görə, İsrailin hədəflərindən biri SEPAH-a bağlı universitet, digəri isə Tehranın yaxınlığındakı Xocir ballistik raket bazasıdır – bu obyektə keçən ilin oktyabrında da hücum olmuşdu.

Trampdan sərt bəyanat və təhdidlər

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı sosial şəbəkədə paylaşım edərək İrana qarşı “səbirin tükəndiyini” bildirib. O, Ayətullah Əli Xameneinin “harada gizləndiyini bildiklərini” qeyd edib və əlavə edib:
“Biz onu hələlik ortadan qaldırmayacağıq. Amma səbirimiz tükənmək üzrədir!”

Bu açıqlamadan cəmi 3 dəqiqə sonra Tramp “QEYRİ-ŞƏRTSİZ TƏSLİM OLUN!” sözlərini paylaşaraq mövqeyinin sərtləşdiyini nümayiş etdirdi.

Hazırda Trampın komandası İranın nüvə obyektlərinə qarşı birgə zərbə planlarını nəzərdən keçirir. Ağ Ev nümayəndəsinin verdiyi məlumata görə, Tramp çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu ilə də telefonla danışıb.

Regionda gərginlik pik həddə

ABŞ Kəşfiyyat İdarəsi İranın Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına sahib olduğunu bildirir. Tehran bu silahları “qoruyucu və cavabverici qüvvə” kimi təqdim edir. İsrail isə bu qabiliyyətləri sıradan çıxarmaq üçün gündən-günə daha aqressiv hava kampaniyasına başlayır.

Münaqişə nə istiqamətdə inkişaf edə bilər?

İsrail və ABŞ arasında koordinasiyanın artması, eyni zamanda Trampın təhdidlərinin güclənməsi, qarşıdurmanın daha da genişlənəcəyi ehtimalını artırır. İran isə qəti şəkildə təslim olmayacağını və istənilən hücuma cavab verəcəyini bəyan edib. Diplomatik kanallar isə hazırda ya susur, ya da prosesləri kənardan müşahidə edir. (Musavat.com)


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 İyun 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri