Icma.az
close
up
RU
Ralf Horlemann: Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb

Ralf Horlemann: Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının Azərbaycana marağı daha da artıb.

APA xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təşkil edilən mətbuat konfransında deyib.

“Avropa İttifaqı həmişə Azərbaycanla güclü münasibətlərin tərəfdarı olub. Son 12 ay ərzində bu münasibətlərdə davamlı yüksəliş müşahidə etmişik. Mart ayında Avropa Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfər edib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ-nin xarici işlər naziri hesab olunan Kaya Kallas da Azərbaycanda olub. Həmçinin tərəflər yeni əməkdaşlıq sazişi üzrə danışıqlar aparırlar.

Beləliklə, münasibətlərdə çoxsaylı müsbət inkişaflar müşahidə olunur. Bu, Avropa İttifaqının regiona və Azərbaycana olan böyük marağını da göstərir. Son illərdə bu maraq, xüsusilə enerji təhlükəsizliyi baxımından daha da artıb”,- səfir qeyd edib.

O, Naxçıvandakı dəmir yolunun yenidən qurulması layihəsində əməkdaşlığa toxunaraq, bu dəmir yolunun Orta Dəhlizin mühüm hissələrindən biri olacağını vurğulayıb. Səfir bu əlaqələrin daha da genişlənməsinin Almaniyanın marağında olduğunu bildirib.

Ralf Horleman Azərbaycan xalqı ilə bağlı təəssüratlarını da bölüşüb:

“Azərbaycan xalqının misilsiz qonaqpərvərliyini qeyd etmək istəyirəm. Hara getsəm, alman dilində danışan insanlarla qarşılaşdım. Bu da təəccüblü deyil, çünki çoxlu sayda insan alman dilini öyrənir. Qubadan Lənkərana, Şəkidən Abşeron yarımadasına qədər harada olmuşamsa, hər zaman çox isti və səmimi qarşılanmışam. Həmçinin Almaniyaya dost münasibət bəsləyən insanlarla rastlaşmışam”.

Səfir Azərbaycan və Ermənistan arasında sülh barədə də danışıb:

“Azərbaycan və Ermənistan arasında sülhün tədricən formalaşdığını görmək mənim burada fəaliyyət göstərdiyim dövrdə tez-tez səsləndirdiyim fikri təsdiqlədi: ən dərin düşmənlər belə bir gün sülh tapa bilərlər. Bu, böyük ölçüdə Azərbaycan və Ermənistan münasibətlərində də özünü göstərir. Sülh sazişi hələ imzalanmayıb və ratifikasiya edilməyib, lakin bu istiqamətdə çox ciddi irəliləyiş əldə olunub. Azərbaycandakı fəaliyyətim dövründə Ermənistana etdiyim iki səfərdən sonra deyə bilərəm ki, həm azərbaycanlılar, həm də ermənilər müharibəni birdəfəlik arxada qoymaq istəyirlər. Bu, Azərbaycanda qazandığım ən dərin şəxsi təcrübələrdən biri oldu.

Mən yalnız hər iki ölkəyə arzu edə bilərəm ki, sülh yolunda irəliləməyə davam etsinlər, sərhədləri açsınlar, ticarətin sərbəst inkişafına imkan yaratsınlar və münaqişəni keçmişdə qoyaraq bütün region üçün tamamilə yeni perspektivlər açsınlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 İyun 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri