Icma.az
close
up
RU
Ramazan süfrəniz üçün fərqli reseptlər

Ramazan süfrəniz üçün fərqli reseptlər

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Çeşmi nigar şorbası

Ərzaqlar:
Şorba üçün:

1 soğan
1 xörək qaşığı un
1/2 çay stəkan zeytun yağı
1 stəkan qırmızı mərcimək
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər (istəyə görə)
5 stəkan su (təxminən)

Sous üçün:
1 yumurta sarısı
2 çay stəkan süd
1/2 limonun suyu

Üzəri üçün:
2 qaşıq kərə yağı
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı çili bibəri
1 çay qaşığı nanə
1 çay qaşığı tomat pastası (istədiyiniz növdə)

Hazırlanması:
Zeytun yağını qoyduğunuz qazanı orta-az odda qızdırın. Soğanı rəndələyin və ya kublar şəklində doğrayın, qazana əlavə edin və yüngülcə qovurmağa başlayın. Soğanlar şəffaf olub saraldıqda unu əlavə edib qovurmağa davam edin. Mərcimələri yaxşıca yuyun, süzüb sonra qazana əlavə edib bir az qovurun. Su, duz və istiot əlavə edib bişməyə buraxın. Mərciməklər qaynadılıb yumşalandan sonra şorbanı qazanda qarışdırın. Bir qabda yumurta, limon suyu və südü inqrediyentlər birləşənə qədər çalın.  Ocağın üzərindəki şorbadan bir az götürüb qarışığa əlavə edin. Ədviyyat bir az isindikdə, qarışdıraraq qazandakı şorbaya əlavə edin və ocağı ən aşağı rejimə qoyun. Yumşaq qaynadıqdan sonra ocağı söndürüb ocaqdan götürün. Tavada kərə və zeytun yağını yüngülcə yandırıb tomat pastası, çili bibəri və nanə əlavə edin. Süfrəyə verəcəyiniz şorbanın üzərinə ədviyyatlı yağı tökün. 

"Orman kababı"

Ərzaqlar:

500 qram mal əti 
2 orta boy soğan
2 yerkökü
2 kartof
1 xörək qaşığı tomat pastası
2 xörək qaşığı un
3 xörək qaşığı zeytun yağı
1 stəkan yaşıl noxud (konservləşdirilmiş)
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 çay qaşığı kəklikotu
1/4 çay stəkan zeytun yağı (kəklikotunu qovurmaq üçün)

Hazırlanması:

Kub şəklində doğranmış əti 1 xörək qaşığı zeytun yağı və 2 xörək qaşığı unla qarışdırın. Qalan 2 xörək qaşığı zeytun yağını qazanda qızdırın, əti əlavə edib qovurun. Ət suyunu çəkəndən sonra boşqaba qoyun. İri doğradığınız soğanları eyni qazanda qovurun. Bu mərhələdə istəsəniz bir az da zeytun yağı əlavə edə bilərsiniz. Sonra doğranmış yerkökü əlavə edin və qovurmağa davam edin. Sonda kartofu əlavə edib qovurun. Tərkiblər qovrulduqdan sonra ət, 1 xörək qaşığı tomat pastası və 1 xörək qaşığı kərə yağı əlavə edib bişirin. Üzərini örtəcək qədər qaynar su əlavə etdikdən sonra duz və istiot əlavə edib ət yumşalana qədər odda saxlayın. Ət yumşaq olduqdan sonra noxudu əlavə edin. Qalan 1 xörək qaşığı kərə yağında bol kəklikotu qızardın və yeməyin üzərinə tökün.

"Top" peçenye

Ərzaq:
Qatıq - 1 stəkan
Şəkər tozu - 1 stəkan
Fındıq - 1 stəkan
Yumurta - 1 ədəd
Yağ - 125 qr.
Vanil və qabartma tozu - 50 qr.
Un apardığı qədər

Hazırlanması:
Yumurta sarısı və şəkər tozunu qarışdırın. Üzərinə qatıq, yumşaldılmış yağ, vanil, qabartma tozu və apardığı qədər un əlavə edib, yumşaq xəmir hazırlayın. Xəmirdən qoz böyüklüyündə kündələr edin. Ayrıca qabda yumurtanın ağını çalıb, beze düzəldin. Yumruladığınız kündələri əvvəlcə bezeyə, sonrasa fındığa batırıb, sobada bişirin.    

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://axsam.az
archiveBu xəbər 02 Mart 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri