Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Ramiz Mehdiyev Rus kəşfiyyatının maraqlarına necə xidmət göstərir? “Boz kardinal”ın qurduğu planlar belə İFŞA EDİLDİ KONKRET

Ramiz Mehdiyev Rus kəşfiyyatının maraqlarına necə xidmət göstərir? “Boz kardinal”ın qurduğu planlar belə İFŞA EDİLDİ KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Boz kardinal”, “Rusiyanın Azərbaycandakı “beşinci kolonu”nun rəhbəri” və sair və ilaxır…. Ramiz Mehdiyev haqqında silsilə yazılarımız davam etdikcə onun vəzifədə olduğu illərdə həyata keçirdiyi layihələr barədə də danışacağıq. Təbii ki, Mehdiyev Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin rəhbəri olmağı heç də asanlıqla bacarmayıb. Bunun arxasında uzun illərin “sədaqətli xidməti” və çəkilən “əziyyəti” dayanır. Zaman-zaman həm ölkə mediasında, həm də bir sıra nüfuzlu xarici KİV-lərdə Ramiz Mehdiyevin Rusiyaya bağlılığı haqda əsaslı materiallar dərc edilib. Əslində heç “Görünən dağa bələdçi də lazım deyil”. Mehdiyevin Rusiyanın ən ali dövlət mükafatlarından sayılan “Şərəf” Ordeni ilə təltif edilməsi bütün həqiqətləri ortaya qoyur. Bu cür yüksək dövlət mükafatı axı heç kimə səbəbsiz yerə verilmir.

Ümumiyyətlə, Mehdiyev hələ Sovet dönəmində Rusiya kəşfiyyatı və elitası ilə birgə işləyib. “Boz kardinal” bu gün də öz ənənəsinə sadiq qalaraq prosesi davam etdirir. Ətrafına yığdığı bəzi şəxslərlə birlikdə Rusiyanın ölkəmizdəki “beşinci kolonu”nun rəhbəri vəzifəsini yerinə yetirir və bu dövlətin maraqlarının Azərbaycanda təmin olunmasına birbaşa nəzarət edir.

Bəs “beşinci kolon” öz missiyasını necə və hansı üsullarla yerinə yetirir?

Bəlkə də siyasi anlayışı olmayan böyük kütlə bu prosesin necə həyata keçirilməsindən xəbərsizdir. Ancaq ətrafda baş verənlərə, ölkədə həyata keçirilən proseslərə nəzər yetirməklə bu casus şəbəkənin dövlətin dərin qatlarına necə nüfuz etdiyini və təxribatlar törətdiyini görmək mümkündür. Mehdiyevlər, Mahmudovlar, Qarayevlər və digərləri çox böyük bir şəbəkədir. Onların “obşaq” formada pul yığaraq ölkədə dövlət çevrilişi etmək planlarının olması ilə bağlı müxtəlif vaxtlarda ayrı-ayrı siyasi mənsubiyyətli şəxslər tərəfindən fikirlər səsləndirilib. Təbii ki, bu cür planların sifarişi xarici kəşfiyyatlar tərəfindən verilib. Eyni zamanda xaricdə yayımlanan, Azərbaycana qarşı qarayaxma kampaniyalarını həyata keçirən, pozğunluğu təbliğ edən müxtəlif media resurslarının gizli formada maliyyələşdirilməsi, xalqın dövlətdən narazı salınmasına cəhdlərin edilməsi məhz “beçinci kolon”un xarici xüsusi xidmət orqanlarının sifarişləri ilə həyata keçirdiyi məsələlərdir. Ramiz Mehdiyev özü vəzifədən getsə də, bu gün onun tapşırıqlarını can-başla yerinə yetirən casus şəbəkəsinin tör-töküntüləri hələ də müxtəlif vəzifələrdə qalmaqdadır. Heç kimə sirr deyil ki, özü kənarda dayanan “boz kardinal” yerinə təyin etdiyi casus şəbəkəsinin rəhbərlərini bilavasitə Rusiya kəşfiyyatı ilə razılaşdırır və onlara təqdim edir. Bu dəstənin bir qolunun hətta orduya qədər gedib çıxması da hər kəsə bəllidir. Vaxtilə Azərbaycanın Baş Qərargah rəisi işləmiş Nəcməddin Sadıqovun birbaşa Ramiz Mehdiyevin və Rusiyanın adamı olmasına dair təkzibolunmaz faktlar mövcuddur. 44 günlük müharibə zamanı Ramiz Mehdiyevin tapşırığı ilə xarici kəşfiyyatın “dəyirmanına su tökməyə” çalışan Sadıqovun ifşa edilməsi və bundan sonra vəzifədən kənarlaşdırılması ən yaxın tariximzdə baş verən hadisədir.

Bu gün Ramiz Mehdiyev və onun şəbəkəsinə daxil olan şəxslərin əlində vaxtilə dövlətdən oğurladıqları böyük kapitallar cəmləşir, əhatələri böyükdür, hakimiyyətin müəyyən qollarında vəzifədə oturanları var. Onlar bundan məharətlə istifadə edərək Rusiya kəşfiyyatının tapşırıqlarını bəzən dəqiqliklə yerinə yetirə bilirlər, Azərbaycanı qarışdırmaq üçün bütün yollara əl atırlar. Bir faktı da nəzərdən qaçırmaq olmaz. Təbii ki, ölkədə gedən siyasi prosesləri yaxından izləyən şəxslər bunu çox yaxşı bilir. Vaxtilə Azərbaycanın dövlət maraqlarına qarşı təxribatlar törətməyə, cəmiyyət və hökumət arasında uçuruma yol açmağa çalışan, “erməni dəyirmanına su tökən” “Milli Şura”nın yaradılmasında “Milyarderlər İttifaqı”nın böyük əməyinin olduğunu yəqin ki, çoxları xatırlayır. Bu, həmin İttifaqdır ki, Rusiyadan dəstək verilib və Ramiz Mehdiyevin “dirijor çubuğu” ilə hərəkət edib. Bu fakt öz-özlüyündə Mehdiyevin Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin rəhbəri olduğunu sübuta yetirir.

Eyni zamanda Mehdiyev Azərbaycana hardan zərbə vurmaq lazım olduğunu yaxşı bilir. Onun ermənilərlə qohumluq əlaqələrinin olması isə təkzibolunmaz bir faktdır. Əllərindəki səlahiyyətlərdən istifadə edərək cəmiyyətdə ikitirəlik yaradan Mehdiyev qruplaşması sosial məsələlərlə bağlı narazılıqları artırmaq üçün bu gün də ciddi fəaliyyət göstərir. Bütün bunların hamısı planlaşdırılan oyunun tərkib hissəsidir. Bu, Rusiya kəşfiyyatının və beyin mərkəzlərinin proqramıdır. Odur ki, bu planın tərkib hissəsinə çevrilənlər haqqında təcili tədbirlərin görülməsi çox vacibdir. Artıq Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bu tədbirlərə start verilib. Biz növbəti yazımızda rus kəşfiyyatının əlində oyuncağa çevrilənlər haqqında daha ciddi araşdırmaları təqdim edəcəyik.

(Ardı var)

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Fevral 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri